Eto həbs oluna bilər - 10 il

Eto həbs oluna bilər -   10 il
15:17 24 Noyabr 2016
103 İdman
Ölkə mətbuatı
A- A+

"Antalyaspor"un kamerunlu superulduzu Samuel Etoya 10 illik həbs cəzası verilə bilər. 


Fanat.Az xəbər verir ki, vaxtilə Madrid "Real"ının və "Barselona"nın formasını geymiş futbolçu vergidən yayınmaqda günahlandırılır. İspaniyanın "El Pais" nəşrinin yaydığı məlumata görə Eto 2006-2009-cu illərdə bu ölkədə forma geydiyi dönəmdə imic hüquqlarının "Bulte 2002" (İspaniya) və "Tradesport" (Macarıstan) şirkətləri üzərindən transfer edərək vergidən yayındığı iddia olunur. 


Onun "Puma"dan aldığı reklam pulunu bu şirkətlər sayəsində vergisiz qazandığı bildirilir. Bu səbəbdən Eto 10 il həbs cəzasına məhkum edilə və 14 milyon avro məbləğində cərimələnə bilər.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-eto-hbs-oluna-bilr-t54415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR