Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“ƏN Yeni İl” konsertinə bilet alanlardan iki nəfər Macarıstana səyahət paketi qazanacaq

“ƏN Yeni İl” konsertinə bilet alanlardan iki nəfər Macarıstana səyahət paketi qazanacaq

Date: 24 November 2016 15:17

Bakı. 24 noyabr. REPORT.AZ/ Dekabrın 31-də Bakıda “ƏN Yeni İl” adlı konsert keçiriləcək. 
“Report”un məlumatına görə, bu Yeni il özü ilə Bakı Olimpiya Stadionuna ƏN ecazkar səsli – Röya və Miri Yusifdən unudulmaz ifaları gətirəcək. 
ƏN tanınmış türk pop ulduzları - Hadise, Murat Dalkılıç, Demet Akalın, Berksan və gecənin DJ-ləri Ozan Doğulu, Cemre və Mahmut Orhandan möhtəşəm şouda tamaşaçıların qarşısına çıxacaq. 
Bir-birindən dəyərli hədiyyələrin olacağı gecənin sponsorları sırasına artıq “Hell” enerji içkiləri də adını yazdırıb. “Hell” bayram səyahətinə çıxmaq istəyənlər üçün “ƏN Yeni İl”ə möhtəşəm hədiyyə ilə gəlir. Belə ki, konsert gecəsi stadionda tamaşaçıların bilet nömrələrinə uyğun lotereya həyata keçiriləcək. Şanslı 1 nəfər “Hell”dən Macarıstana iki nəfərlik pulsuz səyahət bileti qazanacaq.
Konsertə biletləri iticket.az saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar. 
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.



Tags:  Yeni İl konsertinə bilet alanlardan iki nəfər Macarıstana səyahət paketi qazanacaq

RƏYLƏR


Top news