Azərbaycan qorxulu xəstəliklərin yayıldığı ölkələrin SİYAHIsında

Azərbaycan qorxulu xəstəliklərin yayıldığı ölkələrin SİYAHIsında
15:32 24 Noyabr 2016
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Quberniya-33" saytı turistlər üçün infeksiya xəstəliklərinin yayıldığı ölkələrin siyahısını dərc edib.

Məlumata görə, siyahıda Azərbaycanın da adı qeyd olunub. Rusiyanın ərazisinə malyariya xəstəliyi, əsasən, Afrika ölkələrindən gətirilir. Bununla yanaşı, Asiya, Cənubi Amerika, həmçinin Tacikistandan və Azərbaycandan da bu xəstəlik Rusiyaya gələ bilər. 

Eyni zamanda, Azərbaycanda 90-cı illərin ortalarından malyariya xəstəliyi yayılmağa başlayıb. 
 
Milli.Az xəbər verir ki, baku.ws haqqin.az-a istinadən xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədov xəstəliyin son vəziyyətinə aydınlıq gətirib. 

"Azərbaycanda malyariya 1994-cü ildən və 1998-ci ilə qədər sürətlə yayılıb. O zaman, həqiqətən, ölkədə minlərlə insan bu xəstəliyə yoluxdu. Ciddi nəzarət və müalicə hesabına bu xəstəliyin yayılmasının qarşısı alınıb. 2012-ci ildən bu yana malyariya xəstəliyi ilə bağlı cəmi iki hadisə qeydə alınıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR