Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu - QƏRAR

Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu - QƏRAR

Date: 24 November 2016 15:33

Avropa Parlamenti Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, doqquz maddədən ibarət olan qətnamə layihəsi tövsiyə xarakteri daşımaqla bərabər,siyasi baxımdan əhəmiyyətli bir sənəddir.

Dekabrın 15-16-da Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammitindədə qəbul ediləcək qərar Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin gələcəyi baxımından həlledici əhəmiyyətə sahib olacaq.

Qeyd edək ki, Türkiyə ilk dəfə 1959-cu ildə Avropa İqtisadi Birliyinə tam üzvlük üçün müraciət edib. Avropa İttifaqı və Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Yalnız 2005-ci ildə başlanan üzvlük müzakirələri fikir ayrılıqları ilə əlaqədar dəfələrlə dayandırılıb.

Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. “Nəticə olmayacağı təqdirdə, bu məsələ xalq səsverməsinə çıxarılacaq”, - deyə o, qeyd edib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin Avropa İttifaqına qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər. Dövlət başçısı deyib ki, Avropa İttifaqı danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır: “Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir”.

Ömər Dağlı


Tags:  Avropa Parlamenti Türkiyə müzakirələri dondurdu QƏRAR

RƏYLƏR


Top news