Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yol Polisindən valideynlərə MÜRACİƏT

Yol Polisindən valideynlərə MÜRACİƏT

Date: 24 November 2016 15:37

Bu ilin ilk 10 ayı ərzində məktəbli yaşlı uşaqların avtomobil idarə edilməsi üzrə 20-yə yaxın fakt aşkar edilib.

Milli.Az xəbər verir ki, bu barədə salamnews-un sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yalnız 18 yaşına çatmış şəxslərə sürücülük vəsiqəsi verilir.

İdarə rəsmisi bildirib: "Məktəbdə təhsil alan və 18 yaşı tamam olmayan şagirdlərin isə avtomobil idarə etməsi qadağandır və qanuna ziddir. Mən bəzi valideynlərə müraciət edərək bildirirəm ki, əgər övladları 18 yaşına çatmayıbsa və bu sahədə təcrübələri yoxdursa, onlara öz avtomobillərini etibar etməsinlər. Bu, çox təhlükəli və qanuna zidd hərəkətdir".

V.Əsədov deyib ki, Baş Dövlət Yol Polisi İdarəsi məktəblərdə bu sahədə bir sıra maarifləndirici tədbirlər keçirir.

Milli.Az


Tags:  Yol Polisindən valideynlərə MÜRACİƏT

RƏYLƏR


Top news