Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

NİDA üzvünün məhkəməsində polis rəsinin müavini ifadə verib

NİDA üzvünün məhkəməsində polis rəsinin müavini ifadə verib

Məhkəmə sabiq polis əməkdaşına bəraət verdi (15 Mart 2017 14:37)
Dələduzluqda təqsirləndirilən keçmiş rəis müavini bəraət aldı (15 Mart 2017 14:29)
Rusiyada azərbaycanlı qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib (22 Fevral 2017 16:22)

Tarix: 24 Noyabr 2016 15:42

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə 12-ci bölmənin rəis müavini Yunis Ələsgərov ifadə verib.
O bildirib ki, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub: "Əməliyyat keçirildi və Bayram Məmmədov saxlanıldı. Onun üzərindən narkotik maddə çıxdı. Bundan sonra Bayramın özü də etiraf etdi".
Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin edilib.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teqlər:  NİDA üzvünün məhkəməsində polis rəsinin müavini ifadə verib



RƏYLƏR


Top xəbərlər