Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ərə gedəcəyim oğlan kasıb olsa ..." - FOTO

"Ərə gedəcəyim oğlan kasıb olsa ..." - FOTO

Date: 24 November 2016 15:47

Müğənni Aysel Əlizadə "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçının geyiminə sataşıb:

"İndi cavansan, 45 yaşın olanda gah böyrəyin ağrıyacaq, gah sancılanacaqsan. Nənəm deyirdi ki, geyimini qalın et. İndi deyəcəm soyuq kondisioneri vursunlar".

A.Əlizadə "Arada olar. Efir adamıyıq, tamaşaçılar üçün gözəl görünməliyik. Səhnə zərif geyimlər tələb edir. İşimiz elədir ki, tamaşaçıların gözünü oxşamalıyıq. Səhnə üçün məcburuq" söyləyib. 

A.Əlizadə "Kasıb oğlana ərə getmərəm" açıqlamasına da münasibət bildirib:

"Biz müğənnilər yüksək həyat tərzinə, bu cür yaşamağa öyrəşmişik. Amma yazdılar ki, guya demişəm "soğan-çörək yemərəm". Elə deyil. Ərə gedəcəyim oğlan kasıb olsa nə olar, əsas ağıllı olsun. Mənim sponsora ehtiyacım yoxdur. Kimsə istəsə, ona sponsorluq edərəm".

Milli.Az






Tags:  Ərə gedəcəyim oğlan kasıb olsa FOTO

RƏYLƏR


Top news