Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın 4 güləşçisi "Qızıl Qran Pri"nin finalına vəsiqə qazanıb

Azərbaycanın 4 güləşçisi "Qızıl Qran Pri"nin finalına vəsiqə qazanıb

Azərbaycanlı atlet Avropa rekordu vurdu (24 Mart 2017 13:53)
Azərbaycanlı atlet Avropa rekordu vurdu (24 Mart 2017 12:52)
Qvardiola ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilmədi (16 Mart 2017 02:59)

Tarix: 24 Noyabr 2016 15:47

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın 4 sərbəst güləşçisi Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Beynəlxalq "Qızı Qran Pri" turnirinin final mərhələsində qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. "Report"un məlumatına görə, Giorgi Edişeraşvili 57 kq çəki dərəcəsində rusiyalı idmançı Nəriman İsrapilovla üz-üzə gələcək.
61 kq-da Əhmədnəbi Qvarzatilov kubalı Yovlis Bonn Rodrigeslə, 70 kq-da Qitinomaqomed Qadziyev rusiyalı İsrail Kasumov, 74 kq-da Cəbrayıl Həsənov isə gürcüstanlı Avtandil Kentçadze ilə qarşılaşacaq.
Eyni sayda güləşçi isə bürünc medal qazanmağa çalışacaq. İki azərbaycanlı idmançı bir-biri ilə mübarizə aparacaq. 65 kq çəkidə Coşqun Əzimov və Ağahüseyn Mustafayev bürünc medal uğrunda yarışacaq. Murad Süleymanov 74 kq-da rusiyalı Zaur Makiyevlə, Aleksandr Taymurazoviç Qostiyev iranlı Moytaba Mohammadşafiye ilə, 97 kq-da isə Aslanbek Alborov ABŞ güləşçisi Dustin Lii Kilqoru ilə üz-üzə gələcək.
Final görüşləri saat 17:00-da başlayacaq.

Teqlər:  Azərbaycanın güləşçisi Qızıl Qran Prinin finalına vəsiqə qazanıb



RƏYLƏR


Top xəbərlər