Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib

Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib

Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib (14 Mart 2017 02:37)
Avropa Parlamenti fraksiya rəhbərinin deputat toxunulmazlığını götürüb (02 Mart 2017 16:07)
Avropa Parlamenti vahid Avropa ordusunun yaradılması üzrə qətnaməni təsdiqlədi (17 Fevral 2017 08:58)

Tarix: 24 Noyabr 2016 15:47

Bakı. 24 noyabr.REPORT.AZ/ Avropa parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqda qərar qəbul edib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 479, əleyhinə isə 37 səs verilib, 107 depuatat isə tərəfsiz qalıb.
Məlumata görə, Avropa İttifaqı Şurası noyabrın 23-də məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, parlamentdə müzakirələrin dayandırılmasına səs verilsə belə bunun hüquqi əsası olmayacaq.
Xəbərdə bildirilib ki, dekabrın 15-16-da Avropa İttifaqı Şurasının toplantısı keçiriləcək. Bu toplantıda qəbul olunacaq qərar Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı müzakirələrin taleyini həll edəcək.
Qeyd edək ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinə 2005-ci il oktyabrın 3-də başlanılıb. 

Teqlər:  Avropa parlamenti Türkiyə müzakirələrin dayandırılmasına səs verib



RƏYLƏR


Top xəbərlər