Şirkət rəhbərlərinin aylıq qazancları nə qədərdir? - SİYAHI

Şirkət rəhbərlərinin aylıq qazancları nə qədərdir? - SİYAHI
15:57 24 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

"Forbes" jurnalı Rusiya şirkət rəhbərlərinin aylıq qazanc reytinqini dərc edib. 

Mili.Az aznews.az-a istinadən xəbər verir ki, jurnalın təqdim etdiyi siyahı nəticəsində məlum olur ki, bu il şirkət rəhbərlərinin qazancı əvvəlki illərə nisbətən xeyli aşağı olub. 

Siyahıya "Qazprom"un idarə sədri Aleksey Miller liderlik edib. Rəsmi məlumatlara əsasən, o, 2015-ci ildə 17,7 milyon dollar qazanıb. 2014-cü ildə isə bu məbləğ 27 mln dollar olub. 

İkinci yerdə "Rosneft"in baş icraçı direktoru İqor Seçin qərarlaşıb. "Forbes" onun illik qazancını 13 mln dollar miqdarında dəyərləndirib. Bu isə 2014-cü illə müqayisədə 4,5 mln dollar azdır. 

Siyahıda üçüncü yerin sahibi "Sberbank"ın idarə sədri German Qref olub. Onun illik qazancı 11 mln dollar təşkil edib. 

Bundan əlavə, ilk onluğa "ONEKSİM" qrupunun baş direktoru Dmitri Razumov (10 mln$), "USM Holding"in direktorlar şurasının üzvü İvan Streşinski (10 mln$), "ОК"RusAl"ın baş direktoru Vladislav Solovyov (7,4 mln$), Səhmdar maliyyə korporasiyası "Sistem"in prezidenti və idarə sədri Mixail Şamolin (7,4 mln$), "VTB24"ün idarə sədri Mixail Zadornov (6,5 mln$), "Qazprombank"ın idarə sədri Andrey Akimov (6,3 mln$) və "Otkrıtie Holding"in idarə sədri və baş direktoru Ruben Aqanbeqyan (6 mln$) daxil olublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR