Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Səfir: "Rumıniya və Azərbaycan strateji tərəfdaşlığı inkişaf etdirir"

Səfir: "Rumıniya və Azərbaycan strateji tərəfdaşlığı inkişaf etdirir"

Date: 24 November 2016 16:05

RumıniyaAzərbaycan arasında ənənəvi olaraq dostluq əlaqələri mövcud olub və bu əlaqələr strateji tərəfdaşlıq çərçivəsində daha da inkişaf edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku deyib.

Onun sözlərinə görə, 2009-cu ildən bəri iki ölkə arasında çoxlu sayda yüksək səviyyəli səfərlər baş tutub.

Səfir deyib: "Rumıniya və Azərbaycan parlamentlər, xarici siyasət qurumları səviyyəsində intensiv dialoqu inkişaf etdirir. Müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq genişlənir. 2015-ci ildə ikitərəfli ticarət dövriyyəsi 161,3 milyon dollar təşkil edib. Azərbaycan Dövlət Neft Şirkəti ölkəmizdə öz fəaliyyətini genişləndirir."

Rumıniya səfiri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bölgədə dondurulmuş münaqişələrin mövcudluğundan narahatlığını bildirib.

Milli.Az


Tags:  Səfir Rumıniya Azərbaycan strateji tərəfdaşlığı inkişaf etdirir

RƏYLƏR


Top news