Azərbaycandan Ümrə ziyarətinə səfərlər dekabrın 10-dan sonra başlayacaq

Azərbaycandan Ümrə ziyarətinə səfərlər dekabrın 10-dan sonra başlayacaq
16:07 24 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ "Zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə getməsi Səudiyyə Ərəbistanının Azərbayandakı səfirliyinin viza təqdim etməsindən sonra mümkün olacaq".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, Ümrə ziyarətinə getmək üçün kifayət qədər insan müraciət edib: "Sənədlərini təqdim edən şəxslərə viza almaq üçün Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinə müraciət olunub. Vizalar dekabrın 10-dan sonra veriləcək. Vizalar verilən kimi Ümrə ziyarəti də başlayacaq. Amma bu il ikinci dəfə gedənlərdən Səudiyyə Ərəbistanı tərəfindən əlavə olaraq 530 dollar rüsum alınacaq".
H.Babayevin sözlərinə görə, kimin ikinci dəfə ziyarətə getdiyi səfirliyin sənədləri geri verdiyi zaman məlum olacaq.
QMİ rəsmisi qeyd edib ki, ötən il Ümrə ziyarətinin qiyməti 1800-2500 dollar arasında olub. Bu il isə 2200-2800 dollar nəzərdə tutulub, amma tam dəqiqləşdirilməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/azerbaycandan-umre-ziyaretine-seferler-dekabrin-10-dan-sonra-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR