Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə bunu edən kimi bombalar partlayır – ŞOK SƏBƏB

Türkiyə bunu edən kimi bombalar partlayır – ŞOK SƏBƏB

Date: 24 November 2016 16:08

Bu gün Türkiyənin Adana bölgəsində terror aktı törədildi. Ardından Suriyada Türkiyənin “Fərat qalxanı” əməliyyatında ağır itki verdiyi xəbəri gəldi. Məlumata görə, Bəşər Əsəd ordusuna aid təyyarədən hücum nəticəsində 3 əsgər şəhid olub, 10 əsgər yaralanıb.

Bu iki hadisənin eyni gündə və məhz indiki məqamda baş verməsi diqqət çəkir.

Publika.az xəbər verir ki, “Haber7” saytı bu hadisələrin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola biləcəyi ilə bağlı açıqlamasına cavab olduğunu yazıb.

“Amerika ilə FETÖ məsələsinə görə münasibətləri pozulan, Avropa Birliyinin üzvlüklə bağlı təhdidləri ilə qarşılaşan Türkiyə ŞƏT-ə üzv ola biləcəyini açıqlayan kimi, ŞƏT-dən müsbət cavab gəldi. Təşkilatın üzvü olmamasına baxmayaraq, Türkiyəni 2017-ci ildə ŞƏT-in enerji klubuna seçdilər. Bütün bu proseslər dünən baş verdi, bu gün isə iki hücum oldu. Hər iki hücumun arxasında Qərbin olduğu ehtimalı böyükdür”, - deyə sayt yazır.

Qeyd edək ki, Türkiyə və Rusiya arasında təyyarə böhranından sonra Ərdoğan ilk dəfə iyunun 14-də Putinə təbrik məktubu yazaraq, münasibətlərin düzəlməsi istiqamətində addım atdı. Qarşı tərəfin buna reaksiyası müsbət oldu. Lakin 15 gün sonra iyunun 29-da Atatürk hava Limanında 44 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olan terror aktı törədildi. İyulun 15-də isə dövlət çevrilişinə cəhd oldu. Bu xronoloji ardıcıllıq hazırda baş verən hadisələrin Türkiyə-Rusiya yaxınlaşmasına qarşı atılan addım olduğunu göstərir.

Asif


Tags:  Türkiyə bunu edən bombalar partlayır ŞOK SƏBƏB

RƏYLƏR


Top news