Yeni təhlükəsizlik strategiyası: Ankara qarşısına böyük məqsədlər qoyur

Yeni təhlükəsizlik strategiyası: Ankara qarşısına böyük məqsədlər qoyur
16:12 24 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Qlobal miqyasda sürətli geosiyasi dəyişikliklərin getdiyi bir zamanda Türkiyə rəsmən təhlükəsizlik konsepsiyasını yeniləşdirdiyini bəyan edib.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, onun müxtəlif müddəaları barədə Prezident Rəcəb Tayyib Ərdoğan fikir söyləyib. Onlardan aydın olur ki, Ankara öz qarşısına kifayət qədər ciddi məqsədlər qoyub. Buna Qərb və Çinin reaksiyası da maraqlıdır. Avropa İttifaqı Türkiyəni itirmək istəmir, Çin isə onu Şanxay Əməkdaşlıq Təşkilatında görməyi arzulayır. Türkiyənin özünün məqsədləri isə bir qədər fərqlidir. O, artıq superdövlət olmaq iddialarını ortaya qoyur. Atacağı bütün addımlar bu məqsədə xidmət etməlidir. Hazırkı geosiyasi dinamikada bu, nə dərəcədə realdır? Ankara həmin məqsədə çatmaq üçün konkret resurslara və gücə malikdirmi? Bu cür suallara cavab tapmaq maraqlı olardı.

Dönüş nöqtəsi: Türkiyənin düşündürücü planları

Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabr ayında ölkənin yeni təhlükəsizlik strategiyası ilə bağlı açıqlaması dünyada böyük maraq doğurub. Ankaranın bu addımı arxasında hansı konkret məqsədlərin dayandığı hər kəsi düşündürür. Türkiyə dövlət başçısı çıxışlarında yeni doktrinanın müxtəlif aspektlərini ifadə edir. Lakin yenə də Qərbin böyük dövlətləri nələr baş verdiyini özləri üçün aydınlaşdırmağa çalışırlar. Onların ehtiyat etdiyi iki özəllik vardır. Birincisi, Türkiyə Qərbi siyasi və təhlükəsizlik aspektlərində tərkmi edir? İkincisi, Ankara təkbaşınamı hərəkət edəcək, yoxsa Rusiya və Çinlə strateji əməkdaşlığa üz tutacaq?

Bu suallara birmənalı cavab hələ ki, yoxdur. Ancaq Ankaranın ifadə etdiyi fikirlər onun gələcək təhlükəsizlik planları barədə nəticələr çıxarmağa əsas verir. Hər şeydən əvvəl, yeni təhlükəsizlik doktrinasında daxili sabitliyi təmin etmək ön sırada vurğulanır (bax: Erdoğan yeni güvenlik stratejisini açıkladı: Sorunları kapıya dayanmadan çözeceğiz / "BBC", 19 oktyabr 2016). Konkret deyilsə, burada söhbət terrorla mübarizədən gedir. Türkiyə artıq ölkə daxilində terror təhlükəsinin yaranmasını gözləməyib, onu mənbəyində məhv edəcək. Bunun üçün xüsusi təyinatlı əməliyyat qrupları yaradılır. Onlar regionun istənilən nöqtəsində əməliyyat keçirməyə qadirdirlər. O cümlədən Suriya və İraqda da fəaliyyət göstərə biləcəklər.

Bu bağlılıqda R.T.Ərdoğan konkret ünvanlar da verir. İraqın Kandil, Sincan, Telafir, Mosul və Kərkük bölgələrində terror qruplarının mövcudluğuna son qoymağa çalışılacaq. Bununla kifayətlənməyərək, Ankara siyasi baxımdan öz nüfuzunu təmin etmək üçün addımlar atmaqda qərarlıdır.

Eynilə Suriyanın şimalında Əl-Bab-Münbic-Dabık xəttində bölgələri terrorçulardan təmizləyərək, ümumi sahəsi 5 min kvadratkilometr olan ərazidə təhlükəsizlik zonası formalaşdırılacaq. Onun bir ucu Hələbə qədər, digəri isə Türkmən dağlarından keçərək, Suriyanın şimal-qərb sərhədlərinə qədər davam etməlidir.

Bununla aydın olur ki, Ankaranın yeni təhlükəsizlik strategiyasında Suriya və İraqı əhatə edən vahid kürd zolağının yaradılmasına imkan verilməməsi xüsusi yer tutur. Kobani-Atvin-Şimali İraq xətti ayrı-ayrı lokal məkanlara ayrılacaq. Bununla PKK-nın fəaliyyət sahəsi minimuma endirilməli və sonda tamamilə zərərsizləşdirilməlidir.

Türkiyə rəhbərliyi bu məqamlarla bağlı çox açıq danışır. Üstəlik, Ankara yeni strategiyada terrora yardım edən dairələrə qarşı da mübarizə aparılacağını bəyan edib. Artıq bu proses başlayıb. Türkiyə Avropanın bir sıra ölkələrinin terrorçulara yardım etdiyini bildirib, buna son qoyulmasının lazım olduğunu vurğulayıb. Türkiyənin yeni təhlükəsizlik konsepsiyasına həsr edilmiş konfransdakı nitqində R.T.Ərdoğan həmin məqamlar üzərində geniş dayanıb (bax: "Türkiye'nin Yeni Güvenlik Konsepti" Konferansı. Cumhurbaşkanı Erdoğanın konuşması / "youtube.com", 22 noyabr 2016).

Terrorla mübarizəni ön plana çəkən Türkiyə rəhbəri, əslində, FETÖ, PKK, PYD, İŞİD kimi qruplaşmaların məqsədinin kiməsə müstəqil dövlət qurmaqdan ibarət olmadığını ayrıca qeyd edib. Onların məqsədi kənardan verilən göstərişlərə əsaslanaraq Türkiyənin başını daxili problemlərə qatıb, onu dünyanın yenidən geosiyasi nüfuz dairəsinə bölgüsü prosesindən kənarda saxlamaqdan ibarətdir (bax: əvvəlki mənbəyə). Bunun kökündə isə 100 il bundan əvvəl mövcud olmuş Türkiyəni parçalama planları dayanır. Həmin aspektdə FETÖ-nün hərbi çevriliş cəhdi düşmən dairələrin Türkiyənin inkişafının qarşısını ala bilməməsinin əlamətidir. R.T.Ərdoğan xüsusi vurğulayıb ki, son zamanlar ölkədə terror aksiyalarının artması, müxtəlif istiqamətlərdən Ankaraya qarşı təhdidlərin eşidilməsi və müəyyən addımların atılması sözdə dost, əməldə düşmən olan ölkələrin Türkiyə planlarının heç olmağa başladığını göstərir. Ona görə də, indi millət kimi bir olub, özünü müdafiə etmək, bu həlledici mərhələni üzüağ keçmək şərtdir. Bunun üçün siyasi iradə yetərli deyil, cəmiyyət birləşib mübarizə aparmalıdır. Ölkə başçısı Türkiyənin bunun öhdəsindən gələcəyinə inandığını ifadə edib (bax: əvvəlki mənbəyə).

Supergüc iddiası: tarix və zaman nə deyir?

Rəsmi Ankara aktual olan başqa bir məqam üzərində də geniş dayanır. Türkiyə xarici siyasətində ciddi dəyişikliklər edə bilər. Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı deyib ki, əgər Avropa İttifaqı münasibətini dəyişməsə, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına daxil ola bilər (bax: əvvəlki mənbəyə). Bu informasiya həm Avropa, həm də Çində maraqla qarşılanıb. Avropa Parlamentində Türkiyə ilə müzakirələri dərhal dayandırmaq çağırışları eşidilib (bax: Türkiye'nin hamlesi AP'yi şaşkına çevirdi / "Hürriyet", 23 noyabr 2016).

Ancaq Aİ-nin böyük dövlətləri, o cümlədən Almaniya başqa fikirdədir. Berlin hesab edir ki, Türkiyə ilə əlaqələr gücləndirilməli, onun başqa geosiyasi istiqamətlərə yönlənməsinə imkan verilməməlidir, çünki Türkiyə Yaxın Şərqdə böyük əhəmiyyəti olan ölkədir. Maraqlıdır ki, Türkiyə Prezidenti Avropa Parlamentinin məsələni müzakirə edib verəcəyi qərarının "onlar üçün heç bir qiymətinin olmayacağını" deyib (bax: Erdoğan'dan flaş AP açıklaması: 'Oylamanın kıymeti yok' / "Hürriyet", 23 noyabr 2016).

Bunun fonunda Pekindən verilən bəyanatlar da diqqəti çəkir. Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Geng Şuang bildirib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaqla bağlı müraciət edərsə, ona diqqətlə yanaşılacaq (bax: Çin: Türkiye, Şanghay İşbirliği Örgütü'ne üyelik başvurusu yaparsa değerlendiririz / "BBC", 21 noyabr 2016). Moskvanın da buna münasibəti tam müsbətdir. Rusiya Türkiyə ilə strateji tərəfdaş olmağa can atır, bunun hər iki ölkənin maraqlarına cavab verdiyini ifadə edir.

Yeni təhlükəsizlik konsepsiyasında Türkiyənin geosiyasi seçimini dəyişə biləcəyi ilə bağlı bir fikrə rast gəlinmir. Orada əsas olaraq ölkənin milli maraqlarının təmininə və geosiyasi nüfuzunun yüksəldilməsinə aid məqamlar mövcuddur. Mütəxəssislər hesab edirlər ki, Ankara üçün daha önəmlisi özünün müstəqil söz sahibi olmasıdır. Bunun üçün o, müxtəlif təşkilatlarla əməkdaşlıq edə bilər. Lakin heç birində "ikinci skripka" rolunu oynamaq istəməz. Həmin niyyəti Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatlardan da aydın hiss etmək olur. Türkiyə rəhbəri qeyd edir ki, "22 milyon kvadratkilometrə malik olan bir dövlətin 780 min kvadratkilometr ilə qənaətlənməsi çətindir". Buna görə də "bizim vəzifəmiz Türkiyənin içindən daha böyük Türkiyə çıxarmaqdır" (bax: "Türkiye'nin Yeni Güvenlik Konsepti" Konferansı. Cumhurbaşkanı Erdoğanın konuşması / "youtube.com", 22 noyabr 2016).

Deməli, Türkiyənin yeni təhlükəsizlik konsepsiyasında əsas məqsəd ölkəni supergüclər sırasına çıxarmaqdır. Bunun üçün Ankara bütün sahələrdə inkişafı daha da sürətləndirməyə, hərbi qüdrəti daha da artırmağa çalışır. Hələlik buna o, nail olur. Sosial, iqtisadi və müdafiə sahələrində Türkiyənin günü-gündən daha böyük uğurlara imza atdığı haqqında informasiyalar yayılır. Bununla yanaşı, müasir geosiyasi vəziyyətin qeyri-müəyyənlik, risklər və sabitsizliklə xarakterizə olunduğunu da unutmaq olmaz. Ankara üçün bu, daha ehtiyatlı və ölçülü-biçili davranmağın lazım gəldiyini ifadə edir. Qardaş dövlətin bu tarixi vəzifənin öhdəsindən gələcəyinə inanırıq.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Kənan MM-in oğlu Naxçıvan ləhcəsində belə danışdı

30 Aprel 2017 19:06

İstanbulda müəmmalı qətl - Şirkət rəhbəri öldürüldü

30 Aprel 2017 19:05

Hovuz partisinə dərin dekoltedə yollandı - FOTO

30 Aprel 2017 19:05

Hipnoz haqqında qeyri-adi faktlar - Əslində hamımızı aldadırlar...

30 Aprel 2017 19:05

Range Rover Velar: ilk tüninq - FOTO

30 Aprel 2017 19:05

Bakıda mənzildə kişi cəsədi tapıldı

30 Aprel 2017 18:58

Türkiyəli məşhur müğənni Bakıda - FOTO

30 Aprel 2017 18:57

Bakıda mənzildən MEYİT TAPILDI

30 Aprel 2017 18:52

Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

30 Aprel 2017 18:52

Daha bir uşaq binadan yıxıldı

30 Aprel 2017 18:52

İslamiada: Futbol millimizin yekun heyəti açıqlandı

30 Aprel 2017 18:49

Yevlaxda silah qumbarası tapıldı

30 Aprel 2017 18:47

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 18:43

Hikmət Hacıyev: Bakı marafonu həmrəyliyin nümunəsi oldu

30 Aprel 2017 18:43

Marina Le Pen: "Fransa avrodan imtina etməlidir"

30 Aprel 2017 18:42

Çingiz 100 avtomobildən ibarət kortejlə həbsxanaya aparıldı

30 Aprel 2017 18:37

Belaruslu gimnastlar: Bakı bizə bol təəssürat bağışladı

30 Aprel 2017 18:36

Amerikaya turist vizasını necə almaq olar?

30 Aprel 2017 18:36

Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA

30 Aprel 2017 18:32

Yevlaxda silah qumbarası tapılıb

30 Aprel 2017 18:29

Qadın həbsxanasında seksual cinayətlərin ŞOK FAKTLARI

30 Aprel 2017 18:28

Neymar dünyanın ən bahalı futbolçusu ola bilər

30 Aprel 2017 18:19

Bali adasının ən gözəl çimərlikləri - FOTOLAR

30 Aprel 2017 18:18

Aleyna Tilki estetik əməliyyatdan sonra - FOTO

30 Aprel 2017 18:12

"Atletico" 60 illik nəticəsini təkrarladı

30 Aprel 2017 18:12

Neymar bombası "partlayır"

30 Aprel 2017 18:11

Naringinin insanlara xeyri

30 Aprel 2017 18:08

Azərbaycanda nə qədər tələbə var?

30 Aprel 2017 18:05

“Qəbələ” rekordu təkrarladı

30 Aprel 2017 18:04

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 18:03

Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

30 Aprel 2017 18:02

Cocuq Mərcanlıda gün ərzində 1 867 qəlpə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

30 Aprel 2017 18:01

14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla

30 Aprel 2017 17:59

Facebook-un gəlirləri AÇIQLANDI

30 Aprel 2017 17:57

Pitbul küçədə oynayan uşağı parçaladı - VİDEO

30 Aprel 2017 17:53

AFFA-nın baş katibi: "Prosineçkinin mövsümlərarası fasilədə xarici kluba keçmək ehtimalı yoxdur"

30 Aprel 2017 17:52

Tarixində 52-ci dəfə ölkə çempionu oldu

30 Aprel 2017 17:52

Şəhriyar Məmmədyarov ən güclü oldu

30 Aprel 2017 17:44

Anaları kimi ağlayırlar

30 Aprel 2017 17:44

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 17:43

Azərbaycan şou-biznesi İnstagramda - FOTO

30 Aprel 2017 17:37

Rusiyanın plus-size modeli ən yaxşılar sıyahısına düşdü

30 Aprel 2017 17:33

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:32

Ukrayna yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda

30 Aprel 2017 17:31

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - RƏSMİ MƏLUMAT

30 Aprel 2017 17:23

4 nəfər güllələndi - Dəhşətli hadisə

30 Aprel 2017 17:22

"Latsio" "Roma"nı səfərdə məğlub edib

30 Aprel 2017 17:22

Piyada zolaqları ilə bağlı VACİB YENİLİK

30 Aprel 2017 17:19

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:16

Səfir: Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar

30 Aprel 2017 17:15