Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Super Kompüter Mərkəzinin yaradılması planlaşdırılır

Milli Super Kompüter Mərkəzinin yaradılması planlaşdırılır

Date: 24 November 2016 16:17

Azərbaycanda Milli Super Kompüter Mərkəzinin yaradılması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nin layihəsində qeyd edilib.

Qeyd olunur ki, "Elektron hökumət"də dövlət qurumları, dövlət-vətəndaş, dövlət-biznes əlaqələrinin operativliyinin təmin edilməsi, informasiya sistemlərinin səmərəli istifadəsi üçün Milli Super Kompüter Mərkəzinin yaradılması nəzərdə tutulur.

Layihədə bildirilir ki, yaxın illərdə əhalinin bütün kateqoriyalarının, o cümlədən məhdud imkanlı qrupların "Elektron hökumət" infrastrukturundan və xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, müasir çıxış vasitələrinin, o cümlədən mobil şəbəkələrin, məlumat köşklərinin, zəng mərkəzlərinin, interaktiv rəqəmsal televiziyanın tətbiqi təmin olunacaq.

2017-2020-ci illərdə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı çərçivəsində özəlləşdirməyə açıq elan edilmiş rabitə müəssisələrinin özəlləşdirməqabağı restrukturizasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsi, bazar rəqabətinin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Milli.Az


Tags:  Milli Super Kompüter Mərkəzinin yaradılması planlaşdırılır


RƏYLƏR


Top news