Cerrard karyerasını başa vurdu

Cerrard karyerasını başa vurdu
16:17 24 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə futbolunun canlı əfsanələrindən sayılan Stiven Cerrard peşəkar futbolçu karyerasını başa vurub. Fanat.Az xəbər verir ki, son iş yeri ABŞ-ın “Los Anceles Qalaksi” klubu olan 36 yarımmüdafiəçi bəyanatla çıxış edib.


Karyerasının əsas hissəsi “Liverpul”a bağlı olan Cerrard bunları söyləyib: “1998-ci ildə “Liverpul”da debüt edən zaman növbəti 18 il ərzində nələrin baş verəcəyini təsəvvür edə bilməzdim. Fəxr edirəm ki, bu klubun heyətində 700 oyun keçirmişəm, kapitan olmuşam və titullar qazanmaqda mənim də rolum olub. İstanbuldakı önəmli gecəni xüsusilə qeyd edərdim”.


Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə “Liverpul”da çıxış edib. O, mersisaydlıların heyətində 700, İngiltərə millisində isə 114 oyun keçirib. 36 yaşlı futbolçu İngiltərə Kubokunun ikiqat, Liqa Kubokunun üçqat qalibdir. Cerrard həmçinin, Çempionlar Liqasını, UEFA Kubokunu, UEFA Superkubokunu və İngiltərə Superkubokunu qazanıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cerrard-karyerasn-baa-vurdu-t54417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR