Azərbaycan Prezidenti “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

Azərbaycan Prezidenti “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”ni təsdiq edib
16:22 24 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 
"Report"un məlumatına görə, sənədlə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-elektron-ipoteka-sistemi-haqqinda-esasname-ni-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR