Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb

Date: 24 November 2016 16:22

Bakı. 24 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 
Nazirlikdən "Report"a verilən xəbərə görə, fond sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 72, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər. 


Tags:  SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb

RƏYLƏR


Top news