Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Füzulidə tank əleyhinə raket tapıldı

Füzulidə tank əleyhinə raket tapıldı

Date: 24 November 2016 16:27

Füzuli rayonunda partlamamış hərbi sursat aşkar edilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) report-a verilən məlumata əsasən, Füzuli rayonunun Babı kəndində Muğan kanalının yaxınlığında 1 ədəd partlamamış hərbi sursat (PQ-9 tank əleyhinə raket) aşkar edilərək götürülüb.

ANAMA tərəfindən 350 kv.m ərazi yoxlanılıb. 

Ümumilikdə Agentlik aprelin 7-dən noyabrın 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, ŞirvanBakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirib, 3 957 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 45 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Milli.Az


Tags:  Füzulidə tank əleyhinə raket tapıldı


RƏYLƏR


Top news