Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi" - Şarmazanov

"Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi" - Şarmazanov

Date: 24 November 2016 16:32

Pakistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında (PA) müşahidəçi statusunun verilməsi məsələsi Ermənistan nümayəndə heyətinin səyi nəticəsində Şuranın gündəliyindən çıxarılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə KTMT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Şarmazanov bildirib. 

Onun sözlərinə görə, bu barədə Ermənistan tərəfi Rusiya Dövlət Dumasının sədri Vyecaslav Volodinə məktubla müraciət edib. Məktubda Ermənistan tərəfinin mövqeyi əks olunub. 

Şarmazanov bildirib ki, Pakistan Ermənistanın müstəqilliyini tanımır, bundan əlavə Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı olaraq Azərbaycanı dəstəkləyir. 

Onun sözlərinəm görə, Pakistan aprel hadisələri zamanı Azərbaycanı dəstəklədi. 

Bu məktubun müzakirəsi zamanı Pakistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında (PA) müşahidəçi statusunun verilməməsi barədə qərar qəbul edib. 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası (PA) iclası noyabrın 24-də Sankt Peterburqda keçiriləcək. 

Milli.Az


Tags:  Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi Şarmazanov


RƏYLƏR


Top news