Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mübariz Qurbanlı: ”Dini ziyarət adı altında xaricə aparılanların bəziləri Azərbaycanın maraqlarına zidd hərəkət edirlər”

Mübariz Qurbanlı: ”Dini ziyarət adı altında xaricə aparılanların bəziləri Azərbaycanın maraqlarına zidd hərəkət edirlər”

Date: 24 November 2016 16:32

Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərbaycanda dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var. Həmin dini yerlərə ziyarət təşkil edənlər, ora gedənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını almalıdır".
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu qaydalar yalnız Həcc ziyarətinə şamil edilmir: “Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında təçkil edir. Digər ziyarətlər üçün icazə alınmalıdır. Təəsüüf ki, digər yerlərə ziyarətlər edən şirkətlər qeyri-qanuni işlərlə məşğul olur”. 
Dövlət Komitəsinin sədri qeyd edib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: "Bu məsələ ilə bağlı müəyyən qurumlara tapşırıqlar da verilrib. Yüzlərlə insan ziyarət adı altında xaricə aparılır. Onların bəziləri Azərbaycanın maraqlarına zidd hərəkətlər edirlər”.
M.Qurbanlının sözlərinə görə, Kərbalaya ziyarət üçün dövlət məhdudiyyət qoymaq fikirində deyil: “Lakin bu ziyarətlərin təşkilində nizam-intizam olmalıdır. Biz bilməliyik ki, yüzlərlə vətəndaşımız hara gedir və bu ziyatələrdə məsuliyyət kimin üzərindədir”.


Tags:  Mübariz Qurbanlı Dini ziyarət adı altında xaricə aparılanların bəziləri Azərbaycanın maraqlarına zidd hərəkət edirlər

RƏYLƏR


Top news