Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub

Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub
16:47 24 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Məşhur ingiltərəli futbolçu Stiven Cerrard peşəkar futbolçu karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
Cerrard futbol oynadığı zamanlar ona dəstək verən azarkeşlərə və ailəsinə minnətdarlığını bildirib: "Mənim inanılmaz karyeram olub. "Liverpul", "Los-Anceles Qalaksi" klublarında və İngiltərə yığmasında çıxış etmişəm. Özümü xoşbəxt hiss edirəm. Bir çox maraqlı anlarım olub. "Liverpul"da 700-dən artıq oyun keçirmişəm. Kapitan kimi çıxış etmişəm. Mənə dəstək olan, yanımda olan azarkeşlərə, ən əsası da ailəmə təşəkkür edirəm"
Peşəkar futbolçu karyerasına "Liverpul"da başlayan Cerrard 17 ilədək bu komandanın şərəfini qoruyub. O, 2015-ci ildə ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna transfer olub. Təcrübəli oyunçu bu ay klubu ilə yollarını ayırıb. O, həmçinin 2000 - 2014-cü ilədək İngiltərə yığmasının şərəfini qoruyub. Yığmanın heyətində 114 oyun keçirən Cerrard 21 qol vurub.
Qeyd edək ki, Stiven Cerrard ötən həftə İngiltərə Çempionşipində çıxış edən "Milton Kins Dons" klubundan ona menecerlik təklifi edildiyini, ancaq hələ erkən olması səbəbindən təklifi rədd etdiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltereli-futbolcu-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR