Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır"

"Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır"

Date: 24 November 2016 16:57

Bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan son dövrlərdə iqtisadi böhranın baş verdiyi şəraitdə belə iqtisadiyyatını inkişaf etdirə bilib.

Azərbaycanın dinlərarası münasibətlərdə də dünya ölkələrinə bir nümunə kimi göstərildiyini deyən Z.Əsgərov qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır.

Z.Əsgərov ölkəmizin müstəqilliyinin ilk illərində çətin bir dövr yaşadığını söyləyib: "Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi ulu öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlandı".

Milli.Az


Tags:  Azərbaycan dünyada uğurlu inkişaf yolu gedən ölkə tanınır

RƏYLƏR


Top news