Mariya Zaxarova: "Rusiya və Türkiyə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək"

Mariya Zaxarova: "Rusiya və Türkiyə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək"
16:57 24 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə işgüzar səfərə gedəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 
Onun sözlərinə görə, Türkiyənin Alanya şəhərində Rusiya və Türkiyə prezidentlərinin başçılıq etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 5-ci iclası keçiriləcək.
"İkitərəfli, regional və beynəlxalq məsələlərə dair dərin fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Suriyadakı, ümumilikdə Yaxın Şərq regionundakı vəziyyət müzakirə ediləcək. Beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəliliyin artırılması da diqqət mərkəzində olacaq. Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyətlə bağlı dialoq davam etdiriləcək" - M.Zaxarova vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/mariya-zaxarova-rusiya-ve-turkiye-cenubi-qafqazdaki-veziyyeti-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR