Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir

Date: 24 November 2016 17:05

RusiyaTürkiyənin xarici işlər naziri Sergey Lavrov və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşü dekabrın əvvəlində Türkiyənin Alanya şəhərində baş tutacaq.

S.Lavrovun dekabrın 1-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

M.Zaxarova deyib ki, S.Lavrov türkiyəli həmkarı ilə gələn il keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı da müzakirə edəcək.

Milli.Az


Tags:  Lavrov Türkiyəyə gedir


RƏYLƏR


Top news