Bakıda “Vandalizm” sənədli filminin təqdimatı olub

Bakıda “Vandalizm” sənədli filminin təqdimatı olub
17:07 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi və “Trend” Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə çəkilmiş “Vandalizm” sənədli filminin təqdimatı olub.
"Report"un məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, film Azərbaycanın maddi-mənəvi irsinə, o cümlədən tarixi-dini abidələrinə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm siyasəti barəsindədir: “Filmin çəkilməsində əsas məqsəd Azərbaycan əleyhinə təcavüzkar siyasət yeridən, xalqımıza, eləcə də onun maddi-mənəvi irsinə qarşı soyqırımı həyata keçirən Ermənistanın bu istiqamətdə əməllərini faktlarla ifşa etmək və beynəlxalq ictimaiyyətin diqqətini qeyd olunan problemə yönəltməkdir. Filmdə tarixi mənbələrə və faktlara istinad edilib, beynəlxalq hüquq, patologiya sahəsində tanınmış mütəxəssislər və din xadimlərinin fikirlərinə yer verilib. Filmin xarici ölkələrdə də nümayişi nəzərdə tutulub”.
Onun sözlərinə görə, ermənilər işğal olunmuş ərazilərdə mədəniyyət abidələri sırasında məscidlərimizə də ziyan vurublar, dağıdıblar: “Ermənilər bu ərazilərdə vandalizmə yol veriblər. V əsrin vandalizminin XXI əsrdə ermənilərin timsalında təkrar olunmasını görürük”.
Milli Məclis sədrinin müavini Bahar Muradova vurğulayıb ki, filmdə erməni vandalizminin nəticələri, Azərbaycan ərazisində dağıdılmış tarixi-mədəni abidələr, insanlıq əleyinə cinayətlər, yalnız azərbaycanlı-türk olduqlarına görə Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlər və nəticələrindən danışılır. Filmdə ATƏT-in faktaraşdırıcı missiyasının təsdiq etdiyi faktlarla tanış olacağıq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov qeyd edib ki, ermənilər və dünya erməniçiliyi tərəfindən dağıdılan abidələr Azərbaycan abidələridir: "Lakin yalnız Azərbaycana, dünya mədəniyyətinə məxsus abidələrdir”.  

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bakida-vandalizm-senedli-filminin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR