Adanadakı partlayışın şübhəlilərindən biri öldürülüb, biri yaralı halda tutulub

Adanadakı partlayışın şübhəlilərindən biri öldürülüb, biri yaralı halda tutulub
17:12 24 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.24 noyabr.REPORT.AZ/ Türkiyənin Adana şəhəri valiliyinin binası qarşısında partlayış törətməkdə şübhəli bilinən yaralı halda tutulub.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, şübhəlilərdən iki nəfərin şəxsiyyəti müəyyənləşib.
Məlumata görə, onlar Seyhan rayonunun Küçükdikli məhəlləsində saxlanılıb. Polis əməkdaşlarının “dayan” xəbərdarlığına məhəl qoymayaraq maşınla ərazidən uzaqlaşmaq istəyiblər. Ancaq polisin açdığı atəş nəticəsində onlardan biri məhv edilib, o biri isə yaralı halda tutulub.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak hadisədə 2 nəfərin şəhid olduğunu, 33 nəfərin isə yaralandığını söyləyib.
Qeyd edək ki, noyabrın 24-də səhər saatlarında Adana valiliyinin binası qarşısındakı avtomobil dayanacağında partlayış törədilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/adanadaki-partlayisin-subhelilerinden-biri-oldurulub-biri-yarali-halda-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR