Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur hərbi oyunlar Azərbaycanda da keçiriləcək - ÖZƏL

Məşhur hərbi oyunlar Azərbaycanda da keçiriləcək - ÖZƏL

Date: 24 November 2016 17:22

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu SQ veteranlarının ümumrusiya ictimai birliyinin konfransında qeyd edib ki, 2017-ci ildə Beynəlxalq Ordu Oyunlarının bəzi yarışlarının Azərbaycan, Çin, BelarusQazaxıstanda keçirilməsi planlaşdırılır. 

Bununla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində "Xəzər kuboku - 2017" beynəlxalq hərbi-dəniz müsabiqəsinin növbəti mərhələlərindən birinin Xəzər dənizinin Azərbaycana aid sularında keçirilməsi planlaşdırılır.

Müsabiqədə hələlik Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu il yarışlarda 19 xarici dövlətdən 100 komandanın iştirak etdiyini deyən S.Şoyqunun sözlərinə görə, Beynəlxalq ordu oyunları artıq döyüş təliminin müasir formasına çevrilib.

O deyib ki, hazırda 3-cü Beynəlxalq Ordu Oyunlarına hazırlıq gedir: "Bəzi yarışların Azərbaycan, Çin, Belarus və Qazaxıstan ərazisində keçirilməsi planlaşdırılır".

Xatırladaq ki, bu hərbi oyunlara Azərbaycanda maraq böyükdür. Təsadüfi deyil ki, bu il keçirilən yarışlarda Azərbaycan komandakı böyük uğur qazanaraq Silahlı Qüvvələrimizin yüksək hazırlıq səviyyəsini nümayiş etdirmişdi.

İlkin İzzət
Milli.Az


Tags:  Məşhur hərbi oyunlar Azərbaycanda keçiriləcək ÖZƏL

RƏYLƏR


Top news