Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zaxarova: "İqor Popov həmsədr kimi fəaliyyətini davam etdirir"

Zaxarova: "İqor Popov həmsədr kimi fəaliyyətini davam etdirir"

Date: 24 November 2016 17:22

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 
 
"Bir müddət əvvəl ABŞ və Fransa ATƏT-in Minsk qrupundakı həmsədrlərini dəyişdiklərini elan ediblər. Rusiya XİN 2010-cu ildən həmsədr olan İqor Popovu dəyişdirməyi planlaşdırırmı?" sulına cavabında M.Zaxarova ABŞ və Fransanın həmsədrlərin dəyişdirilməsi ilə bağlı qərarlarını səfirlərin rutin rotasiyası adlandırıb:

"Fikrimizcə, bu, səfirlərin rutin rotasiyasıdır. Bir istiqamətdə müəyyən müddət işləyən diplomatlar digər yerlərə göndərilir. Biz bunda hər hansı siyasi əsas görmürük. O ki qaldı İqor Popovun dəyişdirilməsi ilə bağlı məsələyə, məlum olduğu kimi o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir", - deyə Rusiya XİN sözçüsü qeyd edib. 

Milli.Az


Tags:  Zaxarova İqor Popov həmsədr fəaliyyətini davam etdirir

RƏYLƏR


Top news