Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsinə jurnalistlər buraxılmayıb

Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsinə jurnalistlər buraxılmayıb

Bakıda evdən 11 880 manatlıq oğurluq (15 Mart 2017 19:32)
Füzulidə qadın oğurluq etdiyi evi yandırıb (14 Mart 2017 12:47)
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb (11 Mart 2017 16:17)

Tarix: 24 Noyabr 2016 17:27

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda jurnalistlər məhkəmə zalına buraxılmayıb.
Belə ki, hakim prosesin jurnalistlərin iştirakı olmadan keçiriləcəyini deyib. O, buna səbəb kimi mətbuatda yazılanların şahid ifadələrinə təsir etdiyini göstərib. Daha sonra proses jurnalistlərin iştirakı olmadan keçirilib.
Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib. Təqsirləndirilən şəxs onun evində qulluqçu kimi fəaliyyət göstərib.
Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
S.Məmmədova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anasıdır. 

Teqlər:  Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsinə jurnalistlər buraxılmayıb



RƏYLƏR


Top xəbərlər