Qusar sakini donaraq ölüb

Qusar sakini donaraq ölüb
17:32 24 Noyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar. 24 noyabr. REPORT.AZ/ Qusar rayonunda kişi meyiti tapılıb. 
“Report”un Şimal bürosu xəbər verir ki, meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənləşib. 
Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəliblər.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qusar-sakini-donaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR