Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Aztelekom.net” istifadəçilərinin sayı 200 000-ə çatıb

“Aztelekom.net” istifadəçilərinin sayı 200 000-ə çatıb

“Spotify”nin istifadəçilərinin sayı 50 milyonu keçdi (07 Mart 2017 08:52)
Bu il mobil rabitə abunəçilərinin sayı 5 milyardı ötəcək (28 Fevral 2017 18:35)
ABŞ-da qazma qurğularının sayı 12 ədəd artaraq 741-ə çatıb (10 Fevral 2017 23:07)

Tarix: 24 Noyabr 2016 17:35

"Aztelekom" MMC-yə məxsus  "Aztelekom.net" dövlət internet provayderinin istifadəçilərinin sayı  200 000-ə çatıb.   

Qusar rayon sakini Elmar Osmanov provayderin 200 000-ci istifadəçisi olub.
 
Provayderin şanslı istifadəçisinə hədiyyə olaraq  3 aylıq internet xidmətindən pulsuz istifadə sertifikatı və planşet  təqdim olunub.
 
Bu münasibətlə,  "Aztelekom" MMC-də keçirilən  tədbirdə MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, əsas məqsəd istifadəçiləri  keyfiyyətli xidmətlərlə təmin etməkdir.
 
O, xidmət keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksək səviyyədə təmin edilməsi istiqmətində görülən işlər nəticəsində "Aztelekom.net" istifadəçilərinin sayının nəzərəçarpacaq  dərəcədə artdığını vurğulayıb.
 
 Bu uğurda "Aztelekom" MMC-nin yerli telekommunikasiya qovşaqlarının əməyinin də əvəzsiz olduğu bildirilib. 







Teqlər:  Aztelekomnet istifadəçilərinin sayı 200 000-ə çatıb



RƏYLƏR


Top xəbərlər