Samuel Eto 10 il həbs oluna bilər

Samuel Eto 10 il həbs oluna bilər
17:52 24 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırda Türkiyənin "Antalyaspor" klubunun şərəfini qoruyan Samuel Eto vergidən yayındığına görə 10 il həbs oluna və 14 milyon avro məbləğində cəzalandırıla bilər.

Mili.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri məlumat yayıb. 

Nəşrin Etonun İspaniyada forma geyindiyi 2006-2009-cu illər ərzində gəlirlərini "Bulte" və "Tradesport" adlı iki şirkət üzərindən transfer edərək vergi qaçaqçılığına yol verdiyini iddia edib. 

Eyni zamanda, "Puma" şirkətindən aldığı reklam gəlirlərini adları çəkilən şirkətlər vasitəsilə vergisiz qazandığı iddia edilən Eto 10 il həbs oluna və 14 milyon avro məbləğində cəzalandırıla bilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR