Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Sarkisyan özünün daha bir opponentini həbs etdirdi (19 Mart 2017 17:03)
Sarkisyan özünün daha bir opponentini həbs etdirdi (19 Mart 2017 15:43)
Əmrahı və sürücüsünü bıçaqlayan şəxs azadlığa çıxdı (13 Mart 2017 13:52)

Tarix: 24 Noyabr 2016 18:12

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Zaman Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Şəfiyev 4 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, prokuror çıxışında Z.Şəfiyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Z.Şəfiyev tanışı Elmin Balayevi bıçaqlayıb. Polis əməkdaşları tərəfindən saxlanılan Z.Şəfiyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Teqlər:  Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib



RƏYLƏR


Top xəbərlər