Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı - FOTO

Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı - FOTO
18:12 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı istehsal olunacaq.

Milli.Az xəbər verir ki, "Vixole" adlı startap "Indiegogo"-da, ekranı olan "ağıllı" idman ayaqqabısı layihəsinə start verib.

Sözügedən startap, hətta idman ayaqqabılarının işlək prototiplərini də təqdim edib. Komanda lazım olan 30.000 dollar vəsaiti yığmaqla yanaşı hətta onu ikiqat artırıb. Ekran ayaqqabının arxa hissəsinə yerləşdirilib. Onun üzərində olan yarışəffaf örtük isə ekranı sudan qoruyur. Bununla da istifadəçi ayaqqabını yağışlı və qarlı havada da geyinə bilər. Ayaqqabılar 3 versiyada, qara və ağ rənglərdə satışa çıxarılacaq. Mobil tətbiq vasitəsilə həmin ekranda istənilən görüntünü və ya animasiyanı əks etdirmək mümkün olacaq. Vixole Plus modelində isə addımları sayan xüsusi ötürücülər də yerləşdirilib. Bu modelin daha bir özəlliyi onun yerimə tempi və musiqi ritminə uyğun dizaynını dəyişməsidir. Ayaqqabılar vibrasiya vasitəsilə istifadəçini gəlmiş zənglər, yeni ismarıclar barəsində də məlumatlandıracaq. Vixole OLED isə adından da göründüyü kimi OLED ekranla təchiz olunub. Lakin komanda bu modeli 300 ədəd qısa tirajla satışa çıxardacaq. Onu da diqqətinizə çatdıraq ki, ayaqqabılar iki saat müddətində enerji ilə təmin olunduqda 8 saat çalışa bilirlər. Yeni istehsal olunan bu ayaqqabıların 2017-ci ilin iyun ayında satışa çıxarılacağı gözlənilir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR