Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güclü meşə yanğınları nəticəsində on minlərlə insan köçürüldü - İsraildə

Güclü meşə yanğınları nəticəsində on minlərlə insan köçürüldü - İsraildə

Date: 24 November 2016 18:19

İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə yerli “Haaretz” qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

 

Meşə yanğınları nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir.


Tags:  Güclü meşə yanğınları nəticəsində on minlərlə insan köçürüldü İsraildə


RƏYLƏR


Top news