Tərtərdə şagirdlər soyuqdan donur - Sayğaclar Bakıya gətirilib...

Tərtərdə şagirdlər soyuqdan donur - Sayğaclar Bakıya gətirilib...
18:22 24 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər rayonunda məktəblərə istiliyin verilməməsi ilə bağlı qafqazinfo-ya şikayət daxil olub. Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, valideynlər bildiriblər ki, məktəblərə istiliyin verilməməsinə səbəb kimi sayğacların bir müddət əvvəl yoxlama üçün Bakıya aparılması göstərilir. Elə buna görə də hazırda məktəblərdə istilik yoxdur. 

Məsələ ilə bağlı Tərtər Qaz İstismar sahəsinin rəisi Müxlis Əmirovla əlaqə saxladıq. Rəis bildirib ki, sayğaclar dövlət yoxlanılmasına aparılan zaman bəzi hissələrin yenilənməsinin lazım gəldiyi məlum olub:

"Təhsil şöbəsinə məktub göndərilib ki, sayğacların təmir olunması üçün müvafiq hissələr alınmalıdır. Təhsil şöbəsi isə həmin hissələri almadığı üçün sayğaclar geri qaytarılmır. Burada bizlik heç bir iş yoxdur. Sadəcə, məktəblər yox, bütün sənaye müəssisələri təyin olunmuş qrafik üzrə dövlət yoxlanışından keçir".

Tərtər rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev isə bu gündən etibarən məktəblərdəki istilik probleminin həll olunduğunu bildirib:

"Yayda məktəblərin sayğaclarını yoxlamaq üçün Bakıya apardılar. Bildirmişdilər ki, yoxlamadan sonra yenidən qaytarılacaq. O vaxtdan bu günə kimi nə qədər əlaqə saxlamışıq, bir nəticə olmayıb. Nəhayət, qış mövsümü başlayan zaman qərara alınıb ki, sayğaclarda çatışmazlıq olduğu üçün maliyyə mərkəzindən pul ödənilməlidir.

Pulun ödənilməsi ilə bağlı biz də mərkəzə məlumat vermişik. Hazırda müvəqqəti olaraq gündəlik norma üzrə qazlar birləşdirilib, təkcə 1 nömrəli məktəb qalıb. Günün ikinci yarısında onun da istilik probleminin aradan qaldırılacağı bildirilmişdi. Bundan başqa, istilik üçün odun istifadə olunan məktəblərə odun, maye istifadə olunan məktəblərə maye yanacaq verilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR