Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Date: 24 November 2016 18:32

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşanın Xarici İşlər Nazirliyinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Milli.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə X.Xələfov Azərbaycan-Polşa əlaqələrinin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə nəzər saldı, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edib.

X.Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib və sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb.

Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edən X.Xələfov, mövcud platformaların, o cümlədən yüksək səviyyəli səfərlərin iki ölkə arasında əməkdaşlığın yeni mərhələdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafı, ekspertlər və işçi qrupları səviyyəsində təmasların intensivləşdirilməsinin birgə maraqlara xidmət etdiyini deyib.

M.Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, Polşa hökumətinin müxtəlif sahələrdə əldə etdiyi təcrübənin Azərbaycanla paylaşmağa hazır olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə Prezidentlərin Vyana və Sank-Peterburq görüşləri haqqında məlumat verən X.Xələfov status-kvonun qəbuledilməzliyini vurğulayıb və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu qeyd edib.

M.Julkovski bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri və ölkəmizdə aparılan iqtisadi-maliyyə islahatlardan söz açan X.Xələfov Polşa şirkətlərinin bu imkanlardan faydalana biləcəyini diqqətə çatdırıb.

Bununla yanaşı regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Milli.Az


Tags:  Azərbaycan Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

RƏYLƏR


Top news