Qırmızı Fənər küçəsinin gizli üzü: Lüt qızlar, əxlaqsız təklif və... - FOTO/VİDEO

Qırmızı Fənər küçəsinin gizli üzü: Lüt qızlar, əxlaqsız təklif və... - FOTO/VİDEO
18:48 24 Noyabr 2016
516 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiya çox vaxt “məşhur” Qırmızı fənər küçəsi, seks muzeyləri və eyni cinsli insanların evlənməsinə icazə verən ölkə kimi assosiasiya olunur. Halbuki, Hollandiya qeyri-adi təbiəti, lalə sahələri, yel dəyirmanları olan gözəl və Qərbi Avropanın ən qədim şəhərdir. Hollandiya muzeyləri ilə də zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir. Dünyanın ən gözəl və keyfiyyətli gülləri pendiri və pivəsi də Holandiyada yetişir. Səyyaha bundan artıq nə lazımdır? Qısası, bu ölkə haqqında birmənalı olmayan təsəvvürləri dəyişmək üçün kifayət qədər səbəb var.

Related image

Odur ki, Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Niderlanda virtual səyahətə dəvət etmişik. Görək, Hollandiya gey paradından başqa daha nələri ilə məşhurdur?

İki adı olan ölkə

Image result for niderland

Niderland sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır. Lakin bu adın bütün ölkəyə aid edilməsi düzgün deyil, çünki ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya. Bunun xaricində "Hollandiya" daha çox insanların özlərini təyin etdikləri lağlağı bir addır.

Romantik Amsterdam

Image result for Netherlands

Nirderland Krallığının isə paytaxtı - Amsterdam zəngin memarlıq abidələrinə, 150-dən çox su kanalına, qədim qotik küçələrə malik antik Avropa şəhəridir. Qərbi Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biri olan Amsterdam əcnəbilər üçün olduqca təhlükəsiz və qonaqpərvər yerdir. Bu şəhər dünya üzrə məşhur musiqi, opera, teatr və rəqs kollektivinin, rəssamların vətənidir. Və bu şəhərə ilin hansı fəslində gəlməyinizin fərqi yoxdur. Amsterdam sizi istənilən vaxt heyran etməyə hazırdır. Atmosferi ifadə etmək mümkün deyil, onu gərək şəhərin özündə hiss edəsən.

Image result for amsterdam

Amsterdam Avropanın ən romantik şəhərlərindən biridir. Əsl romantiklər çoxsaylı körpücüklərdə gəzməyi və ya çay gəzintisini yüksək qiymətləndirəcək. Axşam şəhər dəyişir: barların neon işıqları küçələrə rəng qatır, turistlər "Qırmızı fənər” küçəsinə, sakinlər isə ən yaxşı qrupların ifa etdiyi klublara getməyə tələsir. Musiqidən söz düşmüşkən Amsterdam musiqi istedadına görə London və Berlindən sonra gəlir. Məsələn, Leydseplayn meydanı yaxınlığında dünyanın ən aparıcı Roots musiqi festivalı keçirilir.

Qırmızı Fənər küçəsi

Image result for amsterdam

Hollandiyanın paytaxtı Amsterdamda Qırmızı Fənər Küçəsi (Red Light District) şəhərin köhnə hissəsində geniş bir ərazini əhatə edir. Buranın maraqlı tərəflərindən biri gecə həyatının aktivliyidir. Bu küçə lüt qızlarla bol olması, fahişəlik və seks "sənayesinin" digər xidmətləri ilə məşhurdur. Qırmızı Fənər Küçəsini maraqlı edən daha bir tərəfi burada fotoşəkil çəkilişinin qadağan olunmasıdır. Lakin bunu gizlicə etmək istəyənlər də kifayət qədərdir.

Gül müharibəsi

Image result for Netherlands

Vaxtı ilə güllər Niderlandda inanılmaz dərəcədə baha satılırdı, onları almağa yalnız çox imkanlı adamlar özünə rəva bilərdilər. Ona görə də cəmiyyətin bütün təbəqələri gül ticarətli ilə məşğul olmağa başlayıb. Kimsə bu biznesdə varlandı, kimsə də əksinə. Hər halda “gül müharibəsi” ölkənin xeyrinə işlədi və nəticədə Niderland al-əlvan rənglərə qərq oldu. İndi Hollandiyada güllər çox ucuzdur. 50 zanbaqdan ibarət gül buketini cəmi 5 avroya almaq mümkündür. Niderland lalələri bütün dünyaya məlumdur. Gül hərracında hər gün təxminən 20 milyon gül satılır, onlardan təqribən dörddə üç hissəsi başqa ölkələrə ixrac edilir.

Рынок Bloemen Markt вы найдете по запаху – аромат цветов слышен за несколько кварталов от него

Related image

Niderlandda gül mövsümü aprel may aylarına təsadüf edir. Bu zaman çoxlu gül sərgiləri keçirilir, məşhur Kekenxor bağı öz qapılarını ziyarətçilərə açır. Parka hər il yüz minlərlə turist gəlir. Lalələr, nərgizlər, giasintlər və digər bahar çiçəkləri tamaşaçıların burnunu və gözlərini oxşayır.

Rottderdam

Erasmusbrug seen from Euromast.jpg

Görməli və gəzməli yerlər arasında Rottderdam xüsusi yer tutur. 1250-ci ildə Rotte çayının üzərində kiçik bir balıqçı kəndi olaraq salınıb. Burada taxta körpülər, onların altındakı keçidlər, dar küçələr diqqəti çəkir. Şəhərdə 45-ə yaxın muzey var. İdman sahəsi də bu yerdə yaxşı inkişaf edib.

Külək dəyirmanları

Image result for Netherlands

Külək dəyirmanları Niderlandın rəmzlərindən biridir. Ölkədə təxminən 1000 əsl dəyirman qalıb. Hollandlar özləri deyirlər ki, yel dəyirmanları məhz bu diyarda ixtira edilib. Əvvəlcə dəyirman sahələrinin və biçənəklərin qurudulması üçün istifadə olunurdu və yalnız sonradan digər kənd təsərrüfatı işlərində istifadə üçün uyğunlaşdırılıb. Rotterdamdan 15 km aralıda Kinderdeyk yel dəyirmanları kəndi yerləşir. Kinderdeyk Niderlandda ən populyar turizm yerlərindən biridir. Hollandiyanın qədim dəyirman qrupu YUNESKO-nun dünya irsi siyahısına daxildir. Dəyirmanların çoxları sıradan çıxsa da, səyyahlara onlardan bəzilərinin içini gəzməyə icazə verilir.

Yüksək keyfiyyətli pendir

Image result for Netherlands chees

Hollandiya yüksək keyfiyyətli pendirləri ilə məşhurdur. Onların çeşidi o qədər böyükdür ki, təcrübəsiz səyyah çeşidlər arasında lap başını itirəcək. Niderlandın "vizit kartı" – Edam pendiridir. Bunun yarıdan çoxu ixraca gedir. Edam pendiri ölkənin qürurudur, lakin hollandlar özləri Qauda pendirinə daha üstünlük verir. Pendir pivə ilə xüsusilə gözəldir. Yeri gəlmişkən, tarixən bu pendirin saxlama və istifadə müddətini artırmaq üçün digərləri kimi qaraldırdılar. Üçüncü məşhur holland pendiri - Maasdam XX əsrin 70-cı illərində hazırlanıb. Holland ustaları onu isveçrəli Emmantalyu pendirnə rəqib qismində yaradıb.

Image result for Netherlands chees

Pendirin ənənəvi hazırlanma prosesinə Alkmar şəhərciyindəki pendir bazarında izləmək və dadına baxmaq olar. Bazar aprelin ortalarından başlayaraq oktyabra qədər və hər həftənin cümə günü keçirilir. Burada pendirin ən qədim hazırlanma metodları ilə tanış olmaq imkanı qazanacaqsınız. Pendir fanatınızsızsa, bu fürsəti əldən verməyin.

Soyuğa dözümlü xalq

Hollandiyalılar öz sağlamlığı ilə məşhurdur. Burada demək olar ki, mənfi 3 dərəcə temperaturda belə heç kəs isti, yun papaqlardan istifadə etmir, hətta kiçik uşaqlar belə.

Velosiped cənnəti

Image result for Netherlands bysicle

Amsterdamı dünyanın velosiped paytaxtı adlandırırlar. Axı velosiped ölkədə ən məşhur nəqliyyat vasitələrindən biridir və burada velosipedlərin sayı təqribən 16 milyondur. Ölkənin hər bir vətəndaşı velosipedə sahibdir, hətta Niderland kralı belə küçədə velosiped sürməyi özünə utanc saymır. Amsterdamda isə velosipedlərin sayı şəhər sakinlərinin sayını geridə qoyur. Təsadüfi deyil ki, bu ölkədə ən çox oğurlanan əşya velosipeddir. Hollandiyalılar velosipedlərin oğurlanmamasının qarşısını almaq üçün xüsusi qıfıl almalı olurlar. Əbəs yerə turistlər zarafatla demirlər ki, hollandların velosipedə olan məhəbbəti bütün hədləri keçir.

Mavilər üçün ən təhlükəsiz və xoşbəxt diyar

Image result for gay parad

Yuxarıda dediyimiz kimi çoxları Hollandiyanı geylərin paradına və rəsmi şəkildə evlənməsinə, eləcə də yüngül narkotiklərin qanuni istifadəsinə icazə verən ölkə kimi tanıyır. Bəli, Niderland dünyada nadir yerlərdən biridir ki, burada yüngül narkotiklərin satılması leqaalşdırılıb. Yeri gəlmişkən narkotik maddələr kiçik restoran və kafelərdə açıq şəkildə satılır. Amsterdamda 200-dən çox belə müəssisə yerləşir. Belə kafelər Hollandiya mədəniyyətinin ayrılmaz hissəsi sayılır.

Hollandiyada geylərin evlənməsinə 2001-ci ildə rəsmən icazə verilib. Eyni cinsdən olanların nəinki evlənmək, üstəlik övladlığa uşaq götürmək hüququ da var. Mavilərin paradını isə hollandiyalılar “Amsterdam fəxri” adlandırır. Parad avqust ayının ilk şənbə günü keçirilir.

Almazlar

Картинки по запросу Netherlands diamonds

Amsterdam Avropanın almaz paytaxtıdır. 400 ildən çoxdur ki, zərgərlər qiymətli daşların emalı məharətini nəsildən-nəslə ötürür. Dünyanın ən böyük Kullinan brilyantı da burada cilalanıb.

Ən bahalı almazlar qırmızıdır. Göy almazlar nisbətən ucuzdur. Onların karatı orta hesabla iki yüz əlli min avrodur. Çəhrayı isə ən nadir almazdır. Bu, onunla bağlıdır ki, onlar yalnız Avstraliya ərazisində hasil edilir. Almazları Amsterdam hava limanında belə almaq imkanınız var, ancaq ixtisaslaşmış mağazalardan alış-veriş etmək daha yaxşıdır. Odur ki, əziz qızıl-zinət həvəskarları Niderlanda gedəndə dünyanın ən bahalı almazlarının saxlandığı muzeyi ziyarət etməyi unutmayın.

Nadir muzeylər

Картинки по запросу anne frank museum

Niderland turistlərə 1000-dən çox maraqlı və nadir muzey təklif edir. Belə muzeylərdən biri də Anna Frankın evidir. Anna - yəhudi qız müharibənin sonuna az qalmış Belzen düşərgəsində dünyasını dəyişib. O, Amsterdamın işğalı zamanı hadisələrin gedişatını gündəliyə yazıb. Muzeydə Annanın bioqrafiyası barədə film nümayiş olunur, də faşizm və antisemitizm haqqında materiallar göstərilir.

Pivə muzeyi

Картинки по запросу beer museum

Hollandiyanın dünya şöhrətli Heineken pivə zavodunun əsası 1864-cü ildə qoyulub. Amsterdamda yerləşən zavod hazırda ultramüasir pivə muzeyi kimi fəaliyyət göstərir. Yeri gəlmişkən Hollandiya ən məşhur pivə istehsalçılarından biridir. Ölkə Heineken, Amstel və Grolsch kimi brendlərin vətənidir. Heineken dünyada istehsal edilən pivə həcminə görə 3-cü yerdədir. İçkidən söz düşmüşkən, qeyd edək ki, holland arağı Jenever adlanır.

Madam Tüsso və seks muzeyi

Картинки по запросу erotic museum

Tarixi və bədii muzeylərlə yanaşı, Niderlandda dünyada ilk seks, erotika, döymə, ölü və işgəncə kimi olduqca spesifik, nadir müəssisələr və muzeylər var. Ən məşhuru isə Madam Tüsso muzeyi sayılır. Madam Tüsso muzeyində geniş ictimaiyyət üçün mumdan hazırlanmış fiqurlar nümayiş olunur. Bu muzeydə siz dünya birliyinin görkəmli xadimlərinin, siyasətçilərin, alimlərin və digər hollivud ulduzlarının fiqurlarını görəcəksiniz.

Mətbəxi

All you need to know about Dutch food

Dünyanın ən dadlı siyənək balığını hollandlar hazırlayır. Onu istənilən restoranda sifariş verə bilərsiniz. Ümumiyyətlə, Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Holland mətbəxində qonşu ölkələrin, xüsusilə Almaniya və Skandinaviya mətbəxlərinin təsiri hiss olunur. Almanlılar kimi, hollandlılar pivəni, xüsusilə laqeri çox xoşlayır – Heineken, Grolsç və Amstel kimi markalar ölkənin kənarında da məşhurdur. Kral ailəsində keçirilən bayramlar zamanı süfrəyə qeyri-adi portağal brendisi verilir.

Картинки по запросу portakal brendi

Ənənəvi xörəklər asan hazırlanır və az inqrediyentlərdən ibarətdir. Hər bir Hollandiyalı “snert” adlanan çox qatı noxud şorbasını, və həmçinin “hutspot” adlanan qazanda bişirilən kartof, tərəvəzlər və əsasən mal ətindən ibarət olan xörəyi çox sevir.

Картинки по запросу snert

Картинки по запросу hutspot

Hollandlılar həmçinin isti şokolad və cirəli südü çox xoşlayır.

Maraqlı faktlar

Ölkə əhalisi qaydalara uyğun yaşayır və heç bir halda qanun pozuntusuna yol vermir. Avtobus dayandığı halda belə, qapıları bağlıdırsa artıq bu ona minmək şansınızın sıfıra bərabər olduğu deməkdir.

Əhali ev və torpaq vergisi ilə yanaşı, hər il sel və daşqınlara qarşı sistemin inşa edilməsi və dəstəklənməsinə görə də vergi ödəməyə məcburdur.

Hollandiyada xəstə olduğunuzu bildirərək işə getməsəniz, bunun doğruluğunu yoxlamaq üçün evinizə həkim göndərə bilərlər. Burada tibbi xidmət ödənişlidir və sığorta ilə ödənilir. Holandiyada hər kəs sığortaya sahib olmalıdır və onun dəyəri 1 ay üçün 100 avro təşkil edir.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Trampın yaxın şərq üzrə müşaviri vəzifəsindən getdi

27 İyul 2017 22:32

Azərbaycanda ŞOK STATİSTİKA: Boşanmaların orta yaş həddi...

27 İyul 2017 22:28

Azərbaycan Pakistandan hərbi təyyarələr aldı - TARİXİ SAZİŞ

27 İyul 2017 22:27

Yemişin hansı faydası və zərərləri var?

27 İyul 2017 22:22

“Saakaşvili üçün çox təəssüfləndim” - Gürcüstan prezidenti

27 İyul 2017 22:22

Venesuelada küçə etirazları qadağan olunub

27 İyul 2017 22:17

Azərbaycanda telekanal əməkdaşlarına hücum etdilər

27 İyul 2017 22:17

Sərnişin avtobusun 23 dəqiqə gecikməsinə səbəb oldu - VİDEO

27 İyul 2017 22:12

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

27 İyul 2017 22:12

Elektron ipoteka sistemi işə düşür - Avqustun 1-dən - VİDEO

27 İyul 2017 22:12

Bakının bu yerlərində də pulsuz “Wi-Fi” olacaq - VİDEO

27 İyul 2017 22:12

Səfərdə olan adam vaxtı daxil olduqda...

27 İyul 2017 22:12

Tovuzda qadın sirkə turşusu içdi

27 İyul 2017 22:09

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz! - VİDEO

27 İyul 2017 22:05

Şou ulduzu kurortda erotik sessiyaya çəkildi - FOTO

27 İyul 2017 22:05

Bazarlarda qiymətlər bahalaşdı – Qiymətlər - VİDEO

27 İyul 2017 22:05

Bölgələrdə tikinti sektoru canlanıb - VİDEO

27 İyul 2017 22:05

Bakı bazarlarında ekzotik tərəvəzlər satılır - VİDEO

27 İyul 2017 22:05

Sumqayıtda 2 saylı marşrutun yolu dəyişdi: sakinlər narazı qaldı -VİDEO

27 İyul 2017 22:05

Tovuz rayon sakini intihara cəhd edib

27 İyul 2017 22:02

Yuxarı tənəffüs orqanlarının xəstəlikləri

27 İyul 2017 21:57

Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb

27 İyul 2017 21:57

FHN:"Azərbaycanda təbii fəlakət ve texnogen hadisələr 48 nəfərin həyatına son qoydu"

27 İyul 2017 21:54

ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - "Qaqa, cavan oğlansan, sözün varsa..." - VİDEO - FOTO

27 İyul 2017 21:52

Südəmər uşağa ət, meyvə və yumurtanı nə zaman verməli?

27 İyul 2017 21:52

“Vicdan haqqı”nın aktyoruna protez qoyulub

27 İyul 2017 21:52

Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar

27 İyul 2017 21:42

WhatsApp yeni rekord vurdu

27 İyul 2017 21:42

Abxaziyada rusiyalıların olduğu təyyarə qəzaya uğradı, ölənlər var

27 İyul 2017 21:34

Məşhur müğənni çimərlikdə pərt oldu - FOTO

27 İyul 2017 21:32

Hər gördüyünüzə inanmayın!

27 İyul 2017 21:27

Kakao yağının bilinməyən faydaları

27 İyul 2017 21:22

Bu qidaları yeyin, xoşbəxt olun!

27 İyul 2017 21:20

Çin ordusunun 90 illiyini Bakıda qeyd etdilər

27 İyul 2017 21:19

Hava limanı yolunda qəza baş verib

27 İyul 2017 21:17

"Medeniyyet" TV-də yeni müsabiqə başlayır

27 İyul 2017 21:17

Zooparkda DƏHŞƏT: Bəbir uşağa hücum etdi

27 İyul 2017 21:13

Azərbaycanlı teleaparıcıdan etiraf: "Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım" - FOTO

27 İyul 2017 21:12

Hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı?

27 İyul 2017 21:12

Dünyanın ən varlı adamı kimdir? - Lider dəyişdi

27 İyul 2017 21:03

"Bakı haqqında çox gözəl təəssüratlarım yaranıb" - Ani Lorak

27 İyul 2017 20:57

Vərəm və risk altında olanlar

27 İyul 2017 20:57

Saratovda bəbir uşağa hücum edib

27 İyul 2017 20:57

Altmış yaşdan sonra boşanan kişilərin sayı qadınlardan daha çoxdur

27 İyul 2017 20:57

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

27 İyul 2017 20:52

Həzrət Fatimeyi Məsumənin elmi məqamı

27 İyul 2017 20:52

Xanımları olduğunuzdan gənc göstərəcək saç modelləri - FOTO

27 İyul 2017 20:52

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

27 İyul 2017 20:47

Azərbaycanda 33 bələdiyyə sədrinin işi məhkəmələrə və prokurorluğa göndərilib

27 İyul 2017 20:47

Naxçıvanda bu il ərzində qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb

27 İyul 2017 20:47