"Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur"

"Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur"
19:05 24 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin (AP) verdiyi qərarın bizim üçün heç bir anlamı yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən belə deyib.

B.Yıldırım bildirib ki, Aİ ilə Türkiyənin münasibətləri, onsuz da, normal deyildi: "Aİ bunu aydınlaşdırmalıdır ki, Avropa gələcəyə Türkiyə ilə bərabər gedir, yoxsa Türkiyəsiz. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir".

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR