Arzuolunmaz yubileylər: 20-ci məğlubiyyət, 150-ci qol

Arzuolunmaz yubileylər: 20-ci məğlubiyyət, 150-ci qol
19:17 24 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA kubokunun Xorvatiya "Nasional"ı ilə qarşılaşması arzuolunmaz yubileylərlə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın 1:2 hesablı yenilgisi təmsilçilərimizin avrokuboklarda 20-ci məğlubiyyəti olub.

Bu, 67-ci matçda qeydə alınıb. 35 qələbə və 12 heç-heçəsi olan klublarımız 20-ci dəfə meydanı başıaşağı tərk edib. 264 qol vuran futzalçılarımız buraxılan topların sayını 188-ə çatdırıb.
 
Bu qollardan 150-si "Araz"ın qapısına vurulub. "Nasional"ın Zaqrebdə keçirilən görüşdə vurulan top Naxçıvan təmsilçisini üzən yubiley qoludu.
 
"Araz" buraxdığı 150 qola 231-i ilə cavab verib.  56 avrokubok matçı keçirən komandamız 31 qələbə qazanıb, 9 heç-heçə edib və 16 dəfə meydandan məğlub ayrılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR