Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Faiq Qarayev: "Millinin baş məşqçisi 2-3 günə açıqlanacaq"

Faiq Qarayev: "Millinin baş məşqçisi 2-3 günə açıqlanacaq"

Date: 24 November 2016 19:32

Bakı. 24 noyabr. REPORT.AZ/ "Qadınlardan ibarət voleybol üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi 2-3 gün ərzində məlum olacaq". 
"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirərkən bildirib. 
"Bu komandalarla çox oynamışıq. Hamısı güclüdür. İlkin məqsədimiz qrupdan çıxmaq, sonra isə növbəti mərhələlər olacaq. Komandamızın hazırlıq prosesini 2-3 gün ərzində açıqlayacağıq. Mən 2 ildir komandaya rəhbərlik etmirdim. Yalnız son oyunlarda yığmanı mən meydana çıxarmışam. Milliyə kimin rəhbərlik etməsi önəmli deyil. Bütün güclü voleybolçular komandaya dəvət olunmalı, hamımız öz işimizi lazımi səviyyədə yerinə yetirməliyik. Bizim üçün ikiqat çətin olacaq. Hamı bizdən böyük oyunlar gözləyir. Voleybolçularımızın Avropa çempionatında uğurlu nəticələr göstərməsi üçün əlimizdən gələni edəcəyik".


Tags:  Faiq Qarayev Millinin baş məşqçisi 2-3 günə açıqlanacaq

RƏYLƏR


Top news