Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Lufthansa"nın baş direktoru: "Pilotların tələbi yerinə yetirilərsə..."

"Lufthansa"nın baş direktoru: "Pilotların tələbi yerinə yetirilərsə..."

Date: 24 November 2016 19:42

Almaniyanın "Deutsche Lufthansa AG" aviaşirkətinin tətil edən pilotlarının bütün tələbləri yerinə yetirilərsə, şirkətin bundan sonra mövcud olması üçün şans qalmayacaq.

Milli.Az Trend-ə istinadən məlumat verir ki, bu barədə aviaşirkətin baş direktoru Karsten Şpor deyib.

Onun sözlərinə görə, xüsusən əmək haqlarının artırılması ilə bağlı tələb yerinə yetirilərsə, şirkətin movcud olmaq şansı olmayacaq.

Qeyd edək ki, artıq neçə gündür ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları tətil elan ediblər. Tətil nəticəsində çox sayda reys təxirə salınıb. Təkcə noyabrın 23-ə planlaşdırılan 900-ə yaxın aviareys həyata keçirilməyib.

Bu gün isə şirkət ümumilikdə 912 reysini təxirə salmalı olub.

Milli.Az


Tags:  Lufthansanın baş direktoru Pilotların tələbi yerinə yetirilərsə

RƏYLƏR


Top news