Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev İvaniçi təbrik etdi

İlham Əliyev İvaniçi təbrik etdi

Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik etdi (25 Mart 2017 20:58)
Prezident İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib (25 Mart 2017 18:23)
İlham Əliyev Banqladeş prezidentini təbrik etdi (25 Mart 2017 18:17)

Tarix: 24 Noyabr 2016 19:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı əlaqələrin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.


Teqlər:  İlham Əliyev İvaniçi təbrik etdi



RƏYLƏR


Top xəbərlər