Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft sektoruna qoyulan investisiyalar 2017-ci ildə də azalacaq

Neft sektoruna qoyulan investisiyalar 2017-ci ildə də azalacaq

Date: 24 November 2016 19:57

Bakı. 24 noyabr. REPORT.AZ/ Neft hasilatında yeni texnologiyalara qoyulan investisiyalar neft bazarında təklifin tələbi üstələməsi və qlobal neft ehtiyatlarının artması fonunda 2017-ci ildə də azalmağa davam edəcək. 
"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Beynəlxalq Energetika Agentliyinin (İEA) rəhbəri Fatih Birol Tokioda keçirilən energetika konfransında verib. 
Onun sözlərinə görə neft sektoruna qoyulan investisiyalarda azalma 2015-ci ildən davam edir və 2017-ci ildə də azalacaq. Bunula da 3 il ardıcıl investisiyaların azalması tarixdə ilk dəfə baş verəcək. 
F.Birolun sözlərinə əsasən, neft bazarında volatillik artacaq. Bununla yanaşı, investisiyaların azalması növbəti illərdə qlobal neft bazarında çətinliklər yaradacaq.
Qeyd edək ki, Fatih Birol daha əvvəlki açıqlamasında neftin qiymətinin 60 dollar/barelə yüksəlməsi halında ABŞ şist neft hasilatçılarının fəaliyyətlərini sürətləndirəcəyini və hasilatı artıracağını bildirib. O, məhz bu səbəbdən OPEC təşkilatının noyabrın 30-da baş tutacaq Vyana sammitində manevrlər edərək qiymətləri dəstəkləməyə çalışmalı olduğunu deyib.


Tags:  Neft sektoruna qoyulan investisiyalar 2017-ci ildə azalacaq

RƏYLƏR


Top news