Qusarda 39 yaşlı kişi özünü asıb

Qusarda 39 yaşlı kişi özünü asıb
20:02 24 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Qusar rayonunda intihar hadisəsi baş verib. 
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Urva kənd sakini, 39 yaşlı Azər Laçınov özünü yaşadığı evdə asıb. 
Belə ki, ailə üzvləri onun tavandan asılmış meyitini aşkar ediblər. 
Qusar Rayon Prokurorluğundan A.Laçınovun tufeyli həyat tərzi keçirdiyini bildiriblər.  
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qusarda-39-yasli-kisi-ozunu-asib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR