Qarabağ üçün “Kerri planı”, 25 il əvvəl baş tutmayan müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün “Kerri planı”, 25 il əvvəl baş tutmayan müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 24 Noyabr 2016
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Suriyada hərbi əməliyyatlara birbaşa daxil ola bilər. Başqa sözlə, Türkiyə və Suriya orduları müharibənin bir addımlığındadır. Avropa Parlamenti Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Rusiya və Qərb arasında münasibətlər hər keçən gün daha da pisləşir. Rusiya NATO-nun şərqə yaxınlaşmasına Kalininqradda nüvə başlıqlı raketlər yerləşdirmək cavab verir.

Dağlıq Qarabağ üçün şok “Kerri planı” – DETALLAR

Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağla bağlı “Kerri planı”nın olduğunu açıqlayıb.

“Lavrov planı”nın mövcud olmadığını deyən Koçaryan Ermənistanın “Kerri planı”nı təklif etdiyini bildirib. “Bu Qarabağın müstəqilliyinin tanınmasıdır”, - deyə o qeyd edib. Ermənistan XİN rəsmisi bu açıqlaması ilə ABŞ-ın, daha dəqiq desək Obama Administrasiyasının xain planını etiraf etdi. Hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağın müstəqilliyini tanımağımız üçün bizə təzyiq edirlər” mesajını da aydınlaşdırmış oldu.

ABŞ-ın hazırki dövlət katibi Con Kerri məlum “907-ci düzəliş”in müəlliflərindən biri olub. Hələ 90-cı illərdə Qarabağın ermənilərə verilməsi ilə bağlı Mixail Qorbaçova müraciət edib. O, son 4 ildə diplomatik fəaliyyəti boyunca erməni maraqlarının müdafiəçisi kimi tanınıb.

Koçaryanın açıqlamasından sonra bir daha məlum olur ki, Qarabağın müstəqilliyinin tanınması üçün Azərbaycana zaman-zaman təzyiqlər olub və bütün bu proses “Kerri planı” adı ilə tanınıb. Bu məsələ ötən ilin sonunda daha qabarıq şəkildə ortaya çıxıb.

Türkiyə Suriyada hərbi əməliyyatlara birbaşa daxil ola bilər. Bu gün səhər saatlarında Türkiyə topçu birlikləri Lazikiye yaxınlığında yerləşən Suriya ordusunun qüvvələrini vurub.

Dəməşq rejiminə yaxın “Əl Masdar əl Arabi” saytının hərbi mənbəyə istinad edərək verdiyi xəbərə görə, Türkiyə ordusu, Navara qəsəbəsində Suriya ordusuna atəş açıb. Suriya ordusunda itkinin olmadığı, ancaq bölgədən çəkilmək məcburiyyətində qaldığı deyilir. Türkiyə ordusunun daha əvvəl də Hələbin şimalında PYD güclərinə hava hücumu təşkil etdiyi xəbər verilir.

Gecə saatlarında isə Suriya ordusunun Hərbi Hava Qüvvələri türk əsgərlərinə qarşı hücum təşkil edib. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən son məlumata görə, hücumda 3 əsgər şəhid olub, 10-u yaralanıb.

Qeyd edək ki, Türkiyə-Suriya arasında müharibə Yaxın Şərqdə baş verə biləcək 10 müharibədən biri hesab edilir.

On müharibədən biri başlandı – Əsədin saytından ŞOK İDDİA

Türkiyə ordusu, Navara qəsəbəsində Suriya ordusuna atəş açıb.

Kreml Avropaya nüvə silahı tuşladı – ŞOK XƏRİTƏLƏR

Rusiya və Qərb arasında münasibətlər də hər keçən gün daha da pisləşir.

Alman generalı Hans-Lator Domreze yerli “Bild” nəşrinə müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putin NATO sərhədlərində - Kalininqradda nüvə potensialını gücləndirməklə tədricən beynəlxalq siyasətə qayıdır.

Qərbdə etiraf edirlər ki, bütün Avropa Rusiya raketlərinin hədəfi altındadır.

Kreml Avropaya nüvə silahı tuşladı – ŞOK XƏRİTƏLƏR

Rusiya prezidenti Vladimir Putin NATO sərhədlərində nüvə potensialını gücləndirməklə tədricən beynəlxalq siyasətə qayıdır.

Kreml Polşa sərhədinə uzaqdan idarə olunan müharibə robotu və robot tank yerləşdirir. NATO-nun Rumıniya və Estoniya sərhədlərinə hərbi qüvvə yığmaq qərarına qarşı Rusiya Kalininqrada nüvə başlığı daşıyan raketlər yerləşdirdi. Bunun ardında da Polşa ilə sərhəddə robot tanklar və “ölüm robotu” adlanan Platforma-M robot texnikası yerləşdirmək qərarına gəlib.

“Ölüm robot”ları gün üzünə çıxdı – 25 il öncə baş tutmayan MÜHARİBƏ QAYIDIR

Kreml Polşa sərhədinə uzaqdan idarə olunan müharibə robotu və robot tank yerləşdirir.

Gürcüstan yaxın zamanlarda NATO-ya üzv olacaq. Bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, Rusiya bu məsələ ucbatından yerində saymayacaq: “Biz ən doğru olanı edəcəyik. Abxaziya ilə hərbi ittifaqımız olduğuna görə onun sərhədlərini möhkəmləndirəcəyik”.

Qeyd edək ki, bundan öncə Rusiya qondarma Abxaziya ilə vahid ordu birləşmələrinin yaradılması haqqında müqavilə imzalayıb. ABŞ Dövlət Departamenti bu müqaviləni kəskin tənqid edib və Abxaziyanı Gürcüstan ərazisi hesab etdiyini bildirib.

Rusiya isə Ukrayna “agentləri”nun ovunu davam etdirir. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sevastopolda Qara dəniz donanmasının ehtiyatda olan kapitanı Leonid Parxomenkonu həbs edib.

Parxomenko Rusiya əleyhinə casusluqda günahlandırılır. FSB bu şəxsin Ukranya Baş Kəşfiyyat İdarəsinə çalışdığını və dövlət sirlərini Kiyevə ötürdüyünü iddia edir.

Türkiyənin Adana şəhərində valilik binasının avtomobil dayanacağında partlayış törədilib. Partlayışda 2 nəfər ölüb, 20-dən çoxu yaralanıb.

Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu - QƏRAR

Avropa Parlamenti Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Doqquz maddədən ibarət olan qətnamə layihəsi tövsiyə xarakteri daşımaqla bərabər,siyasi baxımdan əhəmiyyətli bir sənəddir.

Dekabrın 15-16-da Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammitindədə qəbul ediləcək qərar Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin gələcəyi baxımından həlledici əhəmiyyətə sahib olacaq.

Qeyd edək ki, Türkiyə ilk dəfə 1959-cu ildə Avropa İqtisadi Birliyinə tam üzvlük üçün müraciət edib. Avropa İttifaqı və Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Yalnız 2005-ci ildə başlanan üzvlük müzakirələri fikir ayrılıqları ilə əlaqədar dəfələrlə dayandırılıb.

Türkiyənin Avropa Birliyi ilə İşlər üzrə naziri Ömər Çelik söyləyib ki, ölkəsi Avropa Parlamentinin qərarına baxmayaraq, terrorizmlə mübarizəni davam etdirəcək. Onun sözlərinə görə, Türkiyəyə Suriya və İraqdan təhdidlərin gəldiyi çətin dövrdə Avropada bəsirətsiz və birtərəfli diskussiyalar aparılır: “Bu hücumlar insanlığa qarşı yönəlib və biz geri çəkilməyəcəyik. Biz bir daha Avropa Parlamentinin qəbul etdiyi qərarı dəyərləndirəcəyik”.

Anti-Türkiyə qərarı qəbul edən Avropa İttifaqına növbəti zərbə hazırlanır. Böyük Britaniyadan sonra İtaliya da Avropa Birliyini tərk edə bilər.

Sözügedən məsələ dekabrın 4-də İtaliyada keçiriləcək referendumun nəticəsindən asılı olacaq.

Həmin vaxtı İtaliya konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək. Əgər referendumda “Xeyr” üstünlük təşkil edərsə, o zaman İtaliya da Avropa Birliyi üzvlüyündən çıxa bilər. Çünki İtaliyada keçiriləcək 4 dekabr referendumunda İtaliyanın indiki Baş naziri Matteo Renzinin hökumətdə qalıb-qalmaması müəyyən olunacaq.

Avropa İttifaqına növbəti ZƏRBƏ

Böyük Britaniyadan sonra İtaliya da Avropa Birliyini tərk edə bilər.

ABŞ-da seçkilərin nəticəsi dəyişir - Tramp üçün SÜRPRİZ

ABŞ-da Seçicilər Kollegiyasının altı nümayəndəsi Donald Tramp üçün səs vermək niyyətində deyil.

Onların sözlərinə görə, demokrat Hillari Klintonun xeyrinə öz seçimini dəyişdirəcəklər. Amma bu qərar seçkilərin yekun nəticəsinə təsir etməyəcək, çünki Tramp rəqibi Klinton üzərində əhəmiyyətli üstünlük əldə edib.

Miçiqan ştatında səslərin hesablanmasından sonra seçkilərin yekun nəticəsi məlum olub. Son nəticələrə görə, Tramp 306, Klinton isə 232 nümayəndənin səsini qazanıb.

ABŞ-da bir qrup professor və aktivist Demokratlar Partiyasından prezidentliyə namizəd, sabiq dövlət katibi Hillari Klintona müraciət ünvanlayıb. Donald Trampın qələbəsini həzm edə bilməyən demokratlar səslərin yenidən sayılması üçün çağırış ediblər. Onların fikrincə, seçkilərdə böyük saxtakarlığa yol verilib.

“Nyu York Post” qəzetinin məlumatına görə, aktivistlər Rusiya hakerlərinin seçkilərə müdaxilə etdiyini deyiblər. Belə ki, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında elektron yolla verilən səslər hakerlər tərəfindən Trampın xeyrinə dəyişdirilib. Bu səbəbdən Klintonda sözügedən 3 ştatda səslərin yenidən hesablanması üçün hərəkətə keçmək tövsiyə olunub.

Xatırladaq ki, seçkilərdən əvvəl xanım Klinton başda olmaqla Demokrat Partiyasının bir neçə üzvü Rusiyanı kiber hücumda günahlandırmışdı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/177223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR