Nazir: "Avropa demokratiyanı bizdən öyrənməlidir"

Nazir: "Avropa demokratiyanı bizdən öyrənməlidir"
20:17 24 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Avropa Parlamentinin (AP) qərarını ciddi hesab etmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ ilə işlər üzrə nazir Ömər Çelik AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib.

Nazir bildirib: "Bu qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi gücə malik deyil".

Ö.Çelikin sözlərinə görə, qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır: "Türkiyə ilə Aİ münasibətlərində böhran yoxdur, Birliyin öz daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir."

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR