"Valideynlər uşaqları xəstə olar deyə dərsə qoymurlar" - VİDEO - FOTO

"Valideynlər uşaqları xəstə olar deyə dərsə qoymurlar" - VİDEO - FOTO
20:22 24 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı və Zaqatalada şaxtalı hava şəraiti məktəblərdə istilik məsələsini yenidən aktual edib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Şəkidə hazırda 96 məktəb var.

Bu məktəblərin əksəriyyətində istilik müxtəlif yollarla təmin olunur. Bəzi məktəblər müasir istilik sistemi ilə təmin edilsə də, bəzilərində otaqların qızdırılması üçün odun sobalarından istifadə edirlər. Şəki Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə, 16 məktəb qazla, 20 məktəb dizellə və 60 məktəb odunla qızdırılır. Bununla belə bəzi məktəblərin qızdırılmasında problemlər yaşanır. Elə bu məktəblərdən biri də Qoxmuq kənd orta məktəbidir.

Bayram Şıxəliyev - Qoxmuq kənd orta məktəbinin direktor müaivini: "Gündəlik 350 litr dizel lazımdır ki, otaqları qızdıraq. Bu da müəyyən bir çətinlik yaradır. Yanacaq verilsə də, bu problemi həll etmir. Məsələni həll etmək üçün alternativ enerjidən istifadə etmək lazımdır".

Xəyalə Məmmədova - Qoxmuq kənd orta məktəbinin müəllimi: "Bu, davamiyyətə təsir göstərir. Valideynlər uşaqları xəstə olar deyə dərsə qoymurlar".

Şəki Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə isə rayonda hazırda vəsait çatışmazlığı yaşanır. Bu günədək məktəblərə 8 min tona yaxın dizel və 500 kub metr odun verilib. Buna səbəb ayrılan vəsaitin tələbatı ödəməməsidir. Problemlə bağlı aidiyyəti qurumlar qarşısında artıq məsələ qaldırılıb. Yaxın zamanda mövcud problemin aradan qaldırılacağı gözlənilir.

Zaqatala rayonunda 70 məktəb və məktəbdən kənar tədris mərkəzi fəaliyyət göstərir.

Məktəblərdən 32 ədədi dizel yanacaq,19 ədədi mavi yanacaq, geridə qalan 19 ədədi isə odun vasitəsi ilə qızdırılır. Bu günədək ümumilikdə 180 ton dizel yanacağı, 694 kub metr isə odun ayrılaraq aidiyyəti üzrə məktəblərə təhvil verilib.

Ümumilikdə isə mütəxəssislərin daha sərt qış proqnozlaşdırdığı bu il ərzində Zaqatala məktəblərində ötən illərdən fərqli olaraq istiliklə bağlı hər hansı bir çətinliyin və yaxud problemin yaşanacağı, demək olar ki, gözlənilmir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR