Cavuşoğlu: “Türkiyəni bu şəkildə diz çökdürə bilməzlər”

Cavuşoğlu: “Türkiyəni bu şəkildə diz çökdürə bilməzlər”
21:18 24 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

“Bu qərar Avropa Parlamenti və Avropa İttifaqını hörmətdən salır. Türkiyəni bu şəkildə diz çökdürə bilməzlər”.

Publika.az “Haberler” saytına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin Türkiyə ilə bağlı qərarını şərh edərkən deyib.

“Bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Xalqımız bu qərarı rədd edir. Avropa İttifaqı özünə nəzarət etməlidir”, - Türkiyə xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, Avropa Parlamenti bu gün Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Doqquz maddədən ibarət olan qətnamə layihəsi tövsiyə xarakteri daşımaqla bərabər, siyasi baxımdan əhəmiyyətli bir sənəddir.

Dekabrın 15-16-da Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammitində qəbul ediləcək qərar Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin gələcəyi baxımından həlledici əhəmiyyətə sahib olacaq.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR